Ana südünü artırır, ürəyi möhkəmlədir - Doşabın FAYDALARI
Bəkməzdə baldan 8 dəfə çox dəmir var. Bəkməz qan azlığında, mineral çatışmazlığında, saç tökülməsində və sairələrdə istifadə oluna bilər.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bəkməz başdan-başa bir mineral qaynağıdır. Əgər bənizi solmuş, qanı az olan birisini görsəniz ona gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı bəkməz içməsini söyləyin və 15-20 gündən sonra həmin insanın necə dəyişdiyini görəcəksiniz. Təsəvvür edin ki, 1 xörək qaşığı tut bəkməzini içmək 1 stəkan tut yeməyə bərabərdir, yəni 1 stəkanın içindəki minerallar 1 xörək qaşığına yığılmışdır. Bəli, onunla razıyam ki, bəkməz təzə meyvənin yerini verə bilməz. Çünki bişəndə bəzi vitaminlər (hansı ki, suda həll olur) parçalanır, amma yağda olan vitaminlər və minerallar parçalanmır.
Bəkməz qan azlığı, soyuqdəymələrdə, bronxitlərdə (çox yaxşı bəlğəmgətiricidir), qaraciyər xəstəliklərində, halsızlıqda, immunitet zəifliyində, sümük əyilmələrində və əriməsində (kalsium çatışmazlığında osteoporoz), ağız-boğaz yaralarında (doşab ağızda bir müddət saxlanılır, sonra udulur), tut bəkməzində sink çox olduğunda prostat problemi olanlar üçün çox faydalıdır. Bəkməz böyüməkdə olan uşaqlarımız üçün də mükəmməl qidadır, çünki uşaqların minerallara daha çox ehtiyacı vardır. Bəkməz qan damarlarının içini yağlardan təmizləyir, bununla da ürək və qaraciyərin daha yaxşı işləməsinə şərait yaradır.
Başdan-başa enerji mənbəyi olan doşab, qaraciyərin dostu desək yanılmarıq, həm də dalaq böyüməsində faydalıdır. Şəkər xəstələri doşabı çox az istifadə etməli, yaxşı olar ki, turş nar bəkməzindən istifadə etsinlər.
Əncir bəkməzi ürəyi zəif olanlar, tez-tez qıcolmaları olanlar, öskürəkdən əziyyət çəkənlər üçün, babasildən əziyyət çəkənlər üçün faydalıdır. Əncir bəkməzi ürəyin vurma gücünü artırır, dəridə səpmə və ləkələri olanlar üçün də həmçinin faydalıdır.
Tut bəkməzi çox istifadə olunan və belə deyək bəkməzlərin şahıdır. Ana südünü artırır, böyrək və sidik yollarının həm daş xəstəliyində, həm də iltihabi xəstəliklərində faydalıdır, əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağısaq yaralarında çox faydalı olmaqla yanaşı, ağciyər xəstəliklərində də çox faydalıdır. Bəkməzi həm su ilə qarışdırıb içə bilərsiniz.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ