Ana südünü artırmağın yolları - Bunları yesəniz...

Ana südünü artırmağın yolları - Bunları yesəniz...Övladına süd verən anaların ən böyük narahatlığı körpəyə yetəri qədər qida verib-vermədikləri ilə bağlıdır. Mütəxəssislər isə ana südünün keyfiyyətini artırmağın ən doğru yolun sağlam qidalanmadan başladığını hesab edirlər.
Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, sağlamlığımız üçün faydalı olan su eyni zamanda ana südünün artırılmasına kömək edir. Ana südünün təxminən 88 faizi sudan ibarətdir. Həm özünüzün, həm də ana südü ilə qidalanan körpənizin sağlamlığı üçün gündə ən azı 3 litr su içməyiniz tövsiyə olunur.
Ana südünü daha qidalı hala gətirən və immuniteti gücləndirən, omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalığı həftədə iki dəfə olmaqla qida rasionunuza əlavə edə bilərsiniz. Balığı qızartmaq əvəzinə, buxarda və ya manqalda hazırlamaq faydalıdır.
Həzm prosesini tənzimləyən və uzun müddət tox qalmağınıza kömək edən yulaf tərkibindəki betaqlükan, bitki mənşəli estrogen və tərkibindəki digər maddələr sayəsində həm ana südünü artırır, həm də ana südünün ifraz olunmasına imkan verən hormonların istehsalını dəstəkləyir.
Səhər yeməyində çörəyi yulafla əvəzləyə bilərsiniz. Yaxud da qəlyanaltı zamanı qatığınıza 2 şorba qaşığı yulaf əlavə edərək istehlak edə bilərsiniz.
Eyni zamanda razyana və şüyüd istehlak etmək ana südünü artırmağa kömək edən ən yaxşı qidalardandır. 1 çay qaşığı qurudulmuş şüyüd toxumunu 5 dəqiqə isti suda islatmaq və gündə 2 stəkan istehlak etmək olar. Şüyüd südlə qarışaraq körpəyə keçir, bu isə həm ana, həm də körpədəki həzm problemləri üçün xeyirlidir.
Bununla yanaşı, soğan və ya sarımsaq da ana südünü artırmağa və ananın immunitet sistemini gücləndirməyə kömək edir.
Mövsüm meyvə tərəbvəzlərin də istehlakı ama südünü artırır. Hər gün yaşıl yarpaqlı tərəvəzlərdən ən azı bir porsiya istehlak edə bilərsiniz.
Qoz, fındıq və ya badam kimi tərkibində bədəndə sintez edə bilməyəcəyimiz sağlam yağ turşuları olan çərəzlər laktasiya dövründə anaların qidalanma siyahısına daxil edilməlidir. Gündə 2 porsiyon (20 fındıq və ya 4 bütöv qoz və ya 12-15 badam) çərəz qida rasionuna əlavə edilməlidir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 07 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Samuxda 9 nəfərdə qarayara aşkarlandı - RƏSMİ

Samuxda xəstə heyvanla təmasda olan 9 nəfər yoluxucu xəstəliklər şöbəsində izolyasiya edilib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Tibbi Ərazi Bölmələrin

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler azerbaycan bugünki xəbərlər son.xeberler cəbhədən video