"Ana var ki, kafedə poz verib şəkil çəkdirməyə gedir"

"Ana var ki, kafedə poz verib şəkil çəkdirməyə gedir"Aparıcı Azər Qərib qadınlarla bağlı fikirləri ilə diqqət çəkib.
Open.az xəbər verir ki, sənətçi bu barədə sosial mediada yazıb:
"Qadınlar günü yaxınlaşır, qadın mövzusunu hətta koronavirus belə üstələyə bilməz. Qadın necə olmalı, qadını necə görmək istərdiniz? Azərbaycanda qadınların rolu haqda iki paralel yanaşma var. Biri patriarxal, dədə-babadan qalma milli ənənələrə arxalanan yanaşmadır ki, qadının rolu evdədir, ocaq qoruyucusudur, arxa cəbhədir, anadır, uşaqların tərbiyəsidir, dadlı xörəklər bişirməkdir, corabları ütüləməkdir, evdən bayıra tək çıxmamaqdır, xalatı iki ildə bir dəfə dəyişməkdir. Bu, daha çox əyalətlərə aiddir. Digər yanaşma, şərti olaraq şəhər yanaşması, daha müasirdir, proqressiv hesab olunur. Bu yanaşmada qadın işləyir, karyera qurur, corabı isə göndərir "ximçistkaya".
Hər iki yanaşmanın xeyli qolları var. İşləyən ana var ki, işdən sonra evə, uşağların yanına deyil, növbəti kafedə poz verib şəkil çəkdirməyə gedir. Ana da var ki, heç qoymur axşam saat 7-yə işləsin, güllə kimi cumur evə, ailəsini görməyə.
Evdə oturanlar da müxtəlifdir, kimi gününü salonlarda və alış-veriş mərkəzlərində keçirir, uşaq başdı-başına, ər başdı-başına, yeməyi xadimə bişirir, kişinin qabağına bir parça ət atır ki, tez ol, ye.
Digər evdə oturan həm salona çatır ki, daim gözəl olsun, həm də uşaqları tərbiyə edir, kitablar oxuyur onlar üçün, dərslərinə kömək edir, evin təsərrüfatını aparır, mətbəxdə ərinə delikateslər hazırlayır, evi bəzəyir, yəni, vaxtını həm evə və ailəyə sərf edir, həm də öz xarici görünüşünü unutmur. Yəni, belədir durum. Yoxsa, belə deyil?".
Aparıcının fikirləri maraqla qarşılanıb, statusa onlarla şərh yazılıb. (Axşam.az)

Şou Biznes       Tarix: 06 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda cəbhədən son xəbərlər son xeberler az krminal bu gun