Ankara ayağa qalxdı - " Netanyahunun şəxsiyyət vəsiqəsi..."
AK Partiya sözçüsü Ömər Çelik İsrail Baş nazirinin ofisinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamasına sərt reaksiya verib.
KONKRET.az xəbər verir ki, Çelik İsrail Baş nazirinin ofisinin açıqlamasında Ərdoğan haqqında işlədilən ifadələrin əslində Benyamin Netanyahuya aid olduğunu bildirib.
"İsrail Baş nazirinin ofisinin verdiyi açıqlamada Netanyahu haqqında işlədilməli olan ifadələri hörmətli Prezidentimiz haqqında işlədiblər", – Çelik deyib.
AK Partiya sözçüsü Netanyahunun və onun ətrafının Ərdoğanı davamlı şəkildə hədəfə almasının səbəbinə də toxunub:
"Netanyahu şəbəkəsinin gecə-gündüz Prezidentimizə hücum etməsinin səbəbi odur ki, Prezidentimiz bu qətliam və soyqırımı şəbəkəsinin bütün qətliamlarına və yalanlarına qarşı insanlıq naminə güzəştsiz mövqe nümayiş etdirir".
Ömər Çelik daha sonra Netanyahu ilə bağlı sərt ifadələr işlədib:
"Soyqırımı, qətliam, yalan, cinayət və insanlığa qarşı cinayətlər Netanyahunun "şəxsiyyət vəsiqəsi"nə çevrilib".Musavat.com

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun