Ankara və Təl-Əviv razılaşmasının PƏRDƏARXASI: Bakı çətin seçimdən necə xilas oldu?

Ankara və Təl-Əviv razılaşmasının PƏRDƏARXASI: Bakı çətin seçimdən necə xilas oldu?"Ankara və Təl-Əviv Bakıda baş tutan danışıqlarda Suriyada sabitliyin qorunması üzərində razılıq əldə edib. Bu, Azərbaycanın Türkiyə-İsrail xəttində dialoqun qurulması ilə bağlı Əliyevin açıqladığı ikinci cəhdində müsbət nəticə əldə etməsi deməkdir".
KONKRET.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı səsləndirib.
Ankara və Təl-Əviv razılaşmasının PƏRDƏARXASI: Bakı çətin seçimdən necə xilas oldu?O bildirib ki, Əsədin devrilməsi İranın Suriyadakı təsirinin sıradan çıxarılması baxımından İsrailin maraqlarına uyğun olsa da, Türkiyənin əsas oyunçuya çevrilməsini qəbul etmir.
"Qarşıdurmanın təməlində dayanan amil də budur. Hərçənd, Türkiyə İranla müqayisədə İsrail üçün çətin rəqibdir. Ankara Suriyanın bütün sferalarında – siyasi, iqtisadi, hərbi kəşfiyyat, logistika və digər məsələlərdə güclü təsirlərə malikdir və yeni hakimiyyətin formalaşmasında yaxından iştirak edir. ABŞ Türkiyənin Suriyada mövcudluğunu qəbul edir. İsrail Türkiyə ilə ABŞ-ın dəstəkləmədiyi qarşıdurmada nəticə əldə etməyin çətinliyini anlayır. Və ən mühüm məqam İran faktorudur".
Ekspertin sözlərinə görə, Tehrana fokuslandıqları vaxt Ankara ilə toqquşma nə Təl-Əvivə, nə də Vaşinqtona sərfəli deyil:
"Tərəflər arasında vasitəçilik edən Bakının əldə etdiyi nəticə sıradan deyil:
1. Müttəfiq və dost ölkə arasında dialoq kanalı açıldı və bu, Azərbaycanı çətin seçim məcburiyyətindən xilas edir;
2. ABŞ-ın yeni administrasiyasında Bakının əhəmiyyəti ilə bağlı mövqe güclənir.Bu, regional müstəvidə, xüsusilə Ermənistanla münasibətlərin perspektivləri fonunda da maraqlarımıza uyğundur;
3. Suriya yenidən toqquşma poliqonuna çevrilmə təhlükəsindən xilas edilə bilər;
Bundan sonra əsas məsələ Bakı razılaşmasının davamlılığını təmin etməkdir", – ekspert vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 11 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber sou xeberler havanın temperaturu ən son xəbərlər