Ankaradan Kiyevə böyük jest: Ukrayna Türkiyəni tələb edir

Ankaradan Kiyevə böyük jest: Ukrayna Türkiyəni tələb edirRusiya ilə Ukrayna arasında müharibənin dördüncü ilinə qədəm qoyduğu bir vaxtda Polşa, Ukrayna və Avropa İttifaqının Türkiyədəki səfirləri Ankarada birgə mətbuat konfransı keçiriblər.
KONKRET.az xəbər verir ki, tədbir Polşanın Ankaradakı səfirliyində baş tutub.
Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal çıxışında bildirib ki, ölkəsi sülhə can atır, lakin Rusiya atəşkəsi yeni aqressiv addımlara hazırlaşmaq üçün fasilə kimi qiymətləndirir.
Diplomat vurğulayıb ki, Ukraynaya qarşı aparılan müharibə təkcə yeni ərazilərin ələ keçirilməsinə deyil, həm də ölkənin mədəni və milli kimliyinin məhv edilməsinə yönəlib.
Onun sözlərinə görə, Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələr endirir ki, bu da Qara dənizdə təhlükəsizlik risklərini artırır.
Qeyd olunub ki, Qara dəniz regionu Türkiyə və bir sıra Avropa ölkələri üçün strateji əhəmiyyət daşıyır.
Türkiyənin regiondakı rolunun əhəmiyyətini xüsusi qeyd edən səfir bildirib ki, Kiyev Ankaranın sülh prosesində aktiv mövqeyini qoruyub saxlamasını istəyir.
"Biz istəyirik ki, Türkiyə mümkün sülh prosesinin və sonrakı dayanıqlı sülh mərhələsinin əsas zəmanətçilərindən biri olsun", – deyə Nəriman Cəlal vurğulayıb.
Səfir Türkiyənin Ukraynanın ərazi bütövlüyünə dəstəyini və Qara dənizdə sabitliyə töhfəsini xatırladaraq, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndiyini də qeyd edib.
Ukrayna tərəfi mümkün sülh razılaşmasının üç əsas prinsipini açıqlayıb: sülh ədalətli və dayanıqlı olmalıdır. Ukrayna üçün təhlükəsizlik zəmanətləri razılaşmada açıq şəkildə təsbit edilməlidir. Türkiyə və Avropa İttifaqı prosesdə fəal iştirak etməlidir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 21 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Ergün Kırlıkovalı Talebə məktubunda: Skeptisizminizi Vardanyanın maliyyə şəbəkəsinə yönəldin

Türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı Ruben Vardanyanı dəstəkləməsi və mühazirə oxumaq üçün Bakıya gəlməkdən imtina etməsi ilə əlaqədar amerikalı risk tədqiqatçısı və esseist Nassim Nikola

Bakı və Bişkek arasında mühüm fond: 200 milyon dollar

Azərbaycan Prezidentinin Qırğızstana səfəri zamanı əldə edilən razılaşmalardan biri də Azərbaycan və Qırğızıstan Birgə İnvestisiya Fondunun maliyyə imkanlarını ikiqat artıraraq 200 milyon dollara çatdırmaq barədə idi. Azərbayca

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsu

Səfir postuna yüksələn tanınmış ailə nümayəndələri – SİYAHI

Azərbaycan diplomatiyasında illər ərzində müxtəlif sahələrdə tanınan ailələrin nümayəndələri mühüm vəzifələrdə təmsil olunub. . Onların sırasında dövlət xadimlərinin, alimlərin, ədəbiyyat və incəsənət nümayəndələrinin övladlar

Prezident 2 fərman imzaladı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunmas

Ermənistanın yeni hökumətinin tərkibi bəlli oldu

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib. KONKRET.azxəbər verir ki, Xaçatryan bununla bağlı fərman imzalayıb. Fərmana əsasən:. Mqer Qriqoryan – Baş nazirin müavini. Tiqran Xaçatrya

ABŞ və İran arasında kritik 48 saat

ABŞ və İran arasında avqustun 7-si, cümə gününə qədər razılaşmanın əldə olunma ehtimalı 50 faiz təşkil edir. xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb. Mənbənin bildirdiyinə görə, ehtimal olunan müvəqqət

Türkiyə-İsrail müharibəsi başlasa, Azərbaycan nə edəcək? – Bütün detallar bəlli oldu

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "Haber Global"a verdiyi açıqlama son illərdə Türkiyə cəmiyyətinin müəyyən kəsimlərind

Ermənistan parlamentinin ilk iclası yarımçıq qaldı - Sədr seçilə bilmədi

Ermənistanın 9-cu çağırış Milli Məclisinin birinci sessiyası avqustun 3-də işini davam etdirəcək. KONKRET.azxəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb. Məlumata görə, sessiya avqustun 2-si səhər saatlarınd


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam az xeberler son xeberler azerbaycan bu gunun xeberleri haqqinda melumat qurban bayrami 2026