Anna Netrebko və Yusif Eyvazov Vyanada möhtəşəm konsert proqramı ilə çıxış ediblər
Rusiyanın Xalq artisti Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov Vyanada "Konserthaus" Mədəniyyət Evinin "Böyük zal"ında geniş konsert proqramı ilə çıxış ediblər.
Open.az xzəbər verir ki, Avstriyanın ən böyük konsert zallarından biri hesab edilən "Böyük zal"dakı konsert anşlaqla keçib. Konsertin proqramında italyan bəstəkarları Cüzeppe Verdi və Cakomo Puççininin əsərləri yer alıb. Macarıstan Dövlət Operasının Orkestrinin müşayiəti ilə keçən konsertin dirijoru Mikelancelo Mazza olub.
Dünya klassik musiqi səhnəsində özünəməxsus yerə malik cütlüyün konserti tələbkar Vyana musiqisevərləri tərəfindən böyük maraq və vurğunluqla qarşılanıb. Qeyd edilməlidir ki, cütlüyün 2020-ci ildə verəcəyi konsertlər tamamilə italyan bəstəkarların (Verdi, Puççini, Cordano) əsərlərindən ibarət olacaqdır. Operasevərlər yaxın müddətdə Hamburq və Berlində dünyanın ən yaxşı sopran və tenor cütlüyünün konsertlərindən zövq ala biləcəklər.



Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU