Antalyada ötən il və bu il dincələn azərbaycanlıların sayı açıqlanıb - FOTO
Antalyada ötən il və bu il dincələn azərbaycanlıların sayı açıqlanıb - FOTO
"Antalya turistik şəhər olduğundan bura Azərbaycanla yanaşı, bütün dünyadan qonaqlar gəlirlər. Keçən il 70 mindən çox azərbaycanlı turist Antalyaya gəlib. Ümumilikdə il ərzində gələn xarici turistlərin sayı 13 milyondan çox olub".
Bu fikirləri "Report"un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Antalya valisi Ersin Yazıcı deyib.
Valinin sözlərinə görə, bu ilin may ayının 17-nə olan məlumata görə, Antalyada Azərbaycandan 4 000-ə yaxın qonaq olub:
"Antalya dünyanın önəmli turizm məkanlarından biridir. Təxminən 600 min yatağı olan 428 ədəd beşulduzlu hotelli şəhərdən bəhs edirəm. Azərbaycanlı qardaşlarımızın buraya daha çox gəlmələrini gözləyirik".
Azərbaycanda Antalyanın turizm imkanlarının təbliği məsələsinə gəlincə, vali qeyd edib ki, bu istiqamətdə fəaliyyətlər davamlı həyata keçirilir:
"Bu işləri həm turizm şirkətləri, həm də rəsmi qurumlar vasitəsilə edirik. Təbliğatın nəticəsini də müsbət geri dönüşlə alırıq, gələn turistlərin sayında artım qeydə alınır".
"Antalyaya turist sayının daha çox olacağı təqdirdə, ehtiyac olarsa, uçuşların sayını artırmaq da olar. Turist gəlişini, adətən, turizm şirkətləri aylar öncədən həll edir. Əgər turist sayı çox olarsa, uçuş sayına təsiri mümkündür", - Ersin Yazıcı əlavə edib. / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu