Anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur

Anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur"Vaşinqtonda baş verən hadisə göstərdi ki, anti-milli ünsürlər üçün müqəddəs dəyər, milli maraq anlayışı yoxdur".
Bu sözləri azxeber.com-a açıqlamasında bu "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
O bildirib ki, bu addımlar Azərbaycan dövlətinə qarşı yönələn məqsədli xətdir:
"Həmin şəxslər erməni şovinist dairələri ilə açıq və ya gizli sinxron hərəkət edərək, faktiki olaraq eyni cəbhədə yer alırlar. Bu artıq fərqli mövqe deyil - bu, Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş məqsədli xətdir".
O bildirib ki, Pallone Xocalı həqiqətlərini inkar edən fiqurdur: 
"Təsadüfi deyil ki, həmin aqressiv və qeyri-etik aksiyaya ilk dəstək ABŞ-dəki erməni lobbisinin əsas strukturlarından olan ANCA tərəfindən verildi. Anti-milli çıxışlara dərhal siyasi çalar qazandırmaq, onları "haqq səsi" kimi təqdim etmək cəhdi məhz bu dairələrin maraqlarına xidmət edir. Ardınca isə Azərbaycanın uzun illərdir açıq düşməni kimi çıxış edən Frank Pallone səsini qaldırdı. Pallone 907-ci düzəlişin təşəbbüskarlarından biri kimi Azərbaycana qarşı sanksiya siyasətini dəstəkləyən, Xocalı həqiqətlərini inkar edən, vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərinə qanunsuz səfərlər edən fiqurdur. Onun erməni lobbisi ilə sıx əlaqələri illərdir müzakirə mövzusudur və fəaliyyəti faktiki olaraq bu dairələrin siyasi xəttinə paralel gedir". 
F.Şahbazlı deyib ki, Vaşinqtondakı aksiya planlı təxribat cəhdidir:
"Belə bir kontekstdə Vaşinqtondakı aksiyanın xarakteri də aydın görünür. Böyük beynəlxalq tədbirin keçirildiyi gün ABŞ-nin təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaq, otelin ətrafındakı təhlükəsizlik perimetrini zorakı formada yarmağa cəhd göstərmək, təhrikedici və qeyri-etik ifadələr işlətmək nə "demokratiya", nə də "söz azadlığı" ilə izah oluna bilər. Bu, planlı təxribat cəhdidir.
Nəticədə həmin ünsürlərin cəhdlərinin qarşısı ABŞ polisi və Prezidentin təhlükəsizlik xidməti tərəfindən alındı. Bu fakt özü göstərdi ki, hüquq və qayda hər yerdə keçərlidir".
Şahanə Ziyad

Siyasi       Tarix: 23 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son durum sou xeberler son xeberler az cebheden xeberler