APA TV-nin kabel şəbəkəsi vasitəsilə yayımlanması barədə xəbərlər həqiqəti əks etdirmir - MTRŞ
Milli Televiziya və Radio Şurası bəyanat yayıb.
Open.az-ın məlumatına görə, bəyanatda deyilir: "Bəzi informasiya saytlarında "Lider TV" kanalının kabel yayımının dayandırılması və kabel operatorlarının paketlərində həmin kanalın əvəzinə APA TV kanalının yayımlanacağı barədə məlumatlar yayılıb.
Milli Televiziya və Radio Şurası olaraq bildiririk ki, "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflis elan olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından "Lider TV" kanalının lisenziyası qüvvədədir və kanal fəaliyyətini davam etdirir. Açıq yerüstü yayımda olan bütün ümümölkə kanalları kimi "Lider TV" kanalı da bütün kabel operatorları vasitəsilə yayımlanır. Milli Televiziya və Radio Şurasının qərarı olmadan həmin kanalın kabel şəbəkələri vasitəsilə yayımının dayandırılması və həmin kanal əvəzinə APA TV və ya Baku TV kimi internet televiziya kanallarının kabel şəbəkəsi vasitəsilə yayımlanması barədə xəbərlər həqiqəti əks etdirmir.
Qeyd olunmalıdır ki, APA TV və "Baku TV" kimi internet televiziya kanalları açıq yerüstü yayımda olmadığından onların kabel operatorlarının paketlərində yayımlanması qadağandır.
İnformasiya saytlarının redaktorlarından xahiş olunur ki, bu kimi məlumatları paylaşmamışdan qabaq televiziya və radio yayımı sahəsində tənzimləyici orqan olan Milli Televiziya və Radio Şurasından dəqiq informasiya əldə etsinlər".

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq