Aqil Ələsgər Almaniyada "Türk Dünyası Mediasına Xidmət" mükafatına layiq görüldü - FOTOLAR

Aqil Ələsgər Almaniyada Almaniyanın Düsseldorf şəhərində 3-cü Avropa Türk Media Zirvəsi keçirildi.
azxeber.com xəbər verir ki, 100-dən çox media təmsilçisinin iştirak etdiyi mərasimə Türkiyə və Avropanın əksər ölkələrindən dövlət rəsmiləri, siyasətçilər, iş adamları, media rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.
Türkiyənin Düsseldorf şəhərindəki Baş konsulu Ali İhsan İzbul, TÜRKSOY baş katibinin müavini Yusuf Seyit, Türkiyənin hakim AK Partiya sədrinin müavini Zəfər Sırakaya, Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili Ali Öztunc, Avropa İş Adamları və Sənayeçilər Dərnəyinin rəhbəri Əziz Sarıyar, Almaniyanın Bremen şəhərindən seçilmiş deputat Oğuzhan Yazıçı, "EkoAvrasiya" Dərnəyinin sədri Hikmət Ərən, Niderland Türkevi İcmasının sədri Veyis Güngör, Türk Birliyi və Həmrəyliyi Dərnəyinin sədri Güvən Arıklı, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü, Xarici Əlaqələr Komitəsinin sədri Aqil Ələsgər və digər tanınmış şəxslərin qatıldığı Zirvədə Avropadakı türk mediasının perspektivləri müzakirə olundu.
Tədbirin təşkilatçısı, Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaş özünün açılış nitqində Zirvənin təşkilində əsas hədəflərini bəyan etdi:
"Media Zirvəsinin məqsədi Avropada türk mediasını bir araya gətirmək, illərdən bəri həllini gözləyən problemləri birlikdə çözməkdir".
Proqramın sonunda siyasətdən sənətə, vətəndaş cəmiyyətindən mediaya Avropada yaşayan və öz sahələrində uğur qazanan türklər müxtəlif nominasiyalar üzrə "Türk Dünyası Mediasına Xidmət" Ödülü ilə mükafatlandırıldı.
Mükafatlananlar arasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Yeni Çağ" Media Qrupunun baş direktoru Aqil Ələsgər və "Report" İnformasiya Agentliyi də var.
"Türk Dünyası Mediasına Xidmət" Ödülü təqdim edilən Aqil Ələsgər Avropa Türk Mətbuat, Yayım və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaşa üzərində "Xarı bülbül" təsviri olan hədiyyə ilə qarşılıq verərək, göstərilən diqqət üçün təşəkkürünü bu sözlərlə bildirib:
""Xarı bülbül" türkün son böyük zəfərinin simgəsidir. Azərbaycan ilə Türkiyənin bir bədəndə can olması ilə dünən xəyal olanlar bu gün gerçəyə döndü".
Zirvənin yekununda xatirə fotoşəkli çəkdirilib.
Aqil Ələsgər Almaniyada Aqil Ələsgər Almaniyada Aqil Ələsgər Almaniyada Aqil Ələsgər Almaniyada Aqil Ələsgər Almaniyada Aqil Ələsgər Almaniyada Aqil Ələsgər Almaniyada Aqil Ələsgər Almaniyada Aqil Ələsgər Almaniyada Aqil Ələsgər Almaniyada

Sosial       Tarix: 18 dekabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən canlı son xeberler 2026 krimnal bugun xabar az