AQTA: "Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə olunmur"

AQTA: "Zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır".
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd edilib ki, əvvəllər qarpız iyul-avqust aylarında yetişirdi. Lakin hazırda əkinçilik vərdişləri dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayında da yetişir:
"Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə belə səbəb ola bilər. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də, zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır".
Habelə bildirilib ki, kəsiləndən sonra qarpızın qaydalara uyğun saxlanmasına riayət edilməlidir:
"Ümumiyyətlə, qarpız və yemişin kəsilən gün istehlak olunması məsləhətdir. Kəsildikdən sonra soyuducuda müvafiq rejimdə saxlanmasına əməl edilməlidir. BMT-nin "Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı"nın (FAO) məlumatına əsasən, bütöv qarpızın 10-15° C, xırda hissələrə doğranmış qarpızın isə ağzı kip qapaqlı qablarda +5° C temperaturda saxlanması məsləhət görülür. Eyni zamanda, kəsilmiş qarpızın üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip örtülərək, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır. Həmçinin qarpızın alma, pomidor, banan kimi etilen qazı ifraz edən meyvələrin yanında saxlanması yolverilməzdir. Etilen qazının təsirinə məruz qalan qarpızın qabığı nazikləşir, yumşalır və nəticədə keyfiyyətini itirir".
Agentlik qarpız alarkən onun rənginə, bərkliyinə, ölçüsünə, saplağına fikir verilməsini tövsiyə edir:
"Qarpızın üzərində açıq sarımtıl-yaşıl və tünd yaşıl rəngdə olan zolaqlar, əsasən, bərabər ölçüdə olmalı və sərhədlərlə ayrılmalıdır. Üzərində müşahidə olunan sarı ləkələr isə onun torpaqla təmas etdiyi yerlərdir. Qabığının hamar, səthinin parlaq olması qarpızın yetişməsinin, rənginin mat və solğun olması isə köhnəliyinin əlaməti hesab olunur. Saplağının yaşıl rəngli olması qarpızın hələ tam yetişmədiyini göstərir. Yetişmiş qarpızın saplağı qurumuş, rəngi isə dəyişmiş olmalıdır. Ölçüsü nə kiçik, nə də böyük olmamalı, orta ölçüdə olan qarpız seçilməli və ələ aldıqda ağır gəlməlidir. Oval olan qarpızlar sulu, yumru olanlar isə şirin olur. Qarpızın üzərində çürümə əlamətləri və çatlar olmamalıdır. Günəş altında və yol kənarlarında satılan qarpızların alınması tövsiyə olunmur. Yerdən 20 sm hündürlükdə olan piştaxtaların üzərində satılan qarpızlara üstünlük verilməlidir. Kəsilmiş, doğranmış qarpızları almaq və ya satış nöqtələrində kəsdirmək məsləhət deyil. Qarpızı kəsməzdən əvvəl onu yaxşı yumaq, təmiz və quru bıçaqla kəsmək vacibdir"."Report"

Sağlamlıq       Tarix: 05 iyul 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler bu gun bu gunun xeberleri iqtisadiyyat xeberleri bugun xəbər.az