AQTA "Volt" çəkişməsinin nəticəsi bəlli oldu: Agentlik geri addım atdı
Azərbaycanda əksər daşınma şirkətlərinin qeydiyyatdan keçməsi təmin olunub.
azxeber.com xəbər verir ki, bu barədə trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Qeyd olunub ki, Agentlik qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, həmçinin qida məhsullarının daşınması xidmətlərini həyata keçirən müəssisələrin qida təhlükəsizliyi qeydiyyatına alınması prosesini davam etdirir:
"Bu günədək qida məhsullarının daşınması və çatdırılması fəaliyyəti ilə məşğul olan "Volt Azərbaycan" MMC, "Bolt Services AZ" MMC, "Ozio" MMC, "İndi Market" MMC, "Bazarstore" MMC, "Too Far Logistics" MMC, "iBox" MMC və "Competo" MMC qida təhlükəsizliyi qeydiyyatından keçib.
Onu da bildirək ki, "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, qeydiyyatdan keçmiş müəssisələrə Agentlik tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı metodiki dəstək göstərilir, habelə müvafiq tələblərin mərhələli şəkildə icrasına və fəaliyyətin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılmasına hərtərəfli köməklik olunur. Bu istiqamətdə qeydiyyatdan keçmiş daşınma şirkətləri ilə əməkdaşlıq davam etdirilir.
Qeyd edək ki, avqust ayında "Volt Azərbaycan" MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilmişdi.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"