Ara Papyan: "Əgər Nikol bu prosesi dayandırmasa, diasporun 100 ildə gördüyü bütün işlər sıfıra enəcək"

Ara Papyan: "Ermənistanın inzibati sərhədləri özlüyündə qeyri-qanunidir. Bundan əlavə, 1991-ci il oktyabrın 30-da Azərbaycan sovet mirasından imtina etdi".
KONKRET.azerməni mediasına istinadən xəbər verir ki, bu barədə erməni politoloq, Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan sovet mirasından imtina etdiyinə görə daha geniş ərazilərə iddi edir: "Amma Ermənistan hakimiyyəti bunu dünyaya bəyan etmir. ABŞ-da heç kim bu barədə bilmir, heç kim onlara bu barədə demir. Hətta külli miqdarda vəsaiti olan lobbi qruplarımız belə elementar və ermənilərin maraqlarına cavab verən məlumatları həmin qərar qəbul edən insanlara təbliğ etmirlər. ABŞ rəsmilərinin bu məlumatı özlərinin axtarmasını gözləyirikmi? Biz onlar üçün 100 ölkədən biriyik".
Ara Papyan bildirib ki, "Biz sülh müqaviləsi və delimitasiya-demarkasiya tərəfdarıyıq, lakin bunun üçün ilk növbədə onun qurulacağı hüquqi bazanı müəyyənləşdirməliyik".
O, sözlərini daha sonra belə əsaslandırıb: "Sovet inzibati sərhədləri istisnadır, çünki onlar yalnız inzibati xarakter daşıyır. Etiraf etməliyik ki, bizi bolşeviklər işğal etmişdi. Ona görə də sovet dövrünün sərhədləri, daha çox Azərbaycanın yalan iddiaları bizim üçün əhəmiyyətsizdir. Əhəmiyyətli olan Millətlər Liqasının qərarıdır.
Biz amerikalılara qırmızı xətlərimizi göstərməli, sonra həll yolları təklif etməli və bunda onların faydasını göstərməliyik. Danışıqlarda bu vacibdir.
Erməni diasporunun açıq şəkildə xalqa deyil, Rusiyanın maraqlarını güdən müxtəlif partiyalara dəstək verməsi də təəssüf doğurur. Çünki onlar öz müqəddəratını təyinetmədən danışanda, hətta yalnız Dağlıq Qarabağ miqyasında olsa da, onun Ermənistana mənsubluğundan imtina edir və hətta müstəqilliyini belə qeyri-mümkün edir. Çünki bu halda Azərbaycan da öz razılığını verməlidir.
Əgər Nikol bu prosesi dayandırmasa, diasporun 100 ildə gördüyü bütün işlər sıfıra enəcək. Faciənin qarşısını almaq üçün vaxt qazanmalıyıq. Həll yolu məsələni hüquq müstəvisinə daşımaq, beynəlxalq məhkəməyə müraciət etməkdir. Dövlətçiliyi gücləndirmək üçün bizə 2-3 il vaxt verəcək. Hakimiyyət bunu etməyəcək. Ona görə də hakimiyyətə təzyiq göstərmək və təklif olunan həll yolunu irəli sürmək üçün diaspor bizə kömək etməlidir; diaspor həm də müxtəlif lobbi təşkilatlarına təzyiq rıçaqlarından istifadə etməlidir ki, Vaşinqton Ermənistan və Azərbaycan hakimiyyətini problemi beynəlxalq məhkəmədə həll etməyə məcbur etsin.
Və bu gün Paşinyan özü üçün ən asan yolu tutmaq istəyir. Lakin bu, Ermənistanın yoxa çıxması demək olacaq. Çünki Ermənistan sadəcə olaraq sovet inzibati sərhədləri daxilində mövcud ola bilməz".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 26 may 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanla ikitərəfli ticarət və nəqliyyat sahələrindəki normallaşma prosesini dəstəkləyir, münasibətlərdə əldə edilən müsbət dinamikanın davam etdirilməsini vacib sayır. KONKRET.azxəbə

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Ermənistan-Türkiyə sərhədi açılacaq? – Türkiyəli generaldan açıqlama

Ermənistan Türkiyə ilə sərhədin açılmasını və iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını səbirsizliklə gözləyir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən pane

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu dunya xeberleri cəbhədən son xeber dunyada son xeberler