Arağın minimum qiymətinin müəyyənləşdirilməsinə dair şərtlər açıqlandı
Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası təsdiq edilib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, məhsulun pərakəndə satışına dair minimum qiymət qablaşdırma həcmlərinə uyğun olaraq müəyyən edilir. Pərakəndə satışa dair minimum qiymətin müəyyənləşdirilməsi üçün İqtisadiyyat Nazirliyinin müraciəti əsasında illik istehsal həcmi 60 min dekalitrdən və işçi sayı 30 nəfərdən çox olan məhsul istehsalçıları tərəfindən "Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası Forması" doldurularaq 15 (on beş) iş günü müddətində Nazirliyə təqdim olunur. Məhsulun pərakəndə satışına dair minimum qiymət istehsalçıların nəzərdə tutulmuş müddətdə müvafiq məhsul üzrə təqdim etdiyi pərakəndə satış qiymətlərinin ədədi ortası kimi müəyyən edilir. Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qərar Forma təqdim edildikdən sonra Nazirlik tərəfindən 1 (bir) ay müddətində təsdiq edilir və təsdiq edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.
Məhsulun maya dəyəri 5 faizdən çox dəyişdiyi istehsalçıların minimum 50 faizinin müraciəti əsasında məhsulun pərakəndə satışına dair müəyyən olunmuş minimum qiymətə bu Qaydaya uyğun olaraq yenidən baxılır. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır