Arakçı Pezeşkiana xəyanət edir? - İranda böhran
İranda yüksək vəzifəlilər arasında yaranmış ciddi fikir ayrılıqlarını və Arakçının SEPAH-a yaxın olduğunu nəzərə alsaq, belə bir iddianın doğruluğu ehtimal olunandır.
KONKRET.azxəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında güneyli fəal, siyasi müşahidəçi Əlirza Zamani İran Prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Bağır Qalibafın XİN rəhbəri Abbas Arakçının diplomatiyanı idarə etmə üsulundan narazı olduğu və istefasını tələb etdiklərinə dair iddiaları şərh edərkən deyib.
"Arakçının vəzifədən uzaqlaşdırılması qanunla prezidentin səlahiyyətlərinə daxil olsa da, İranda bir neçə nazirlikdə dəyişiklik adətən ali liderin razılığı ilə baş tutur. Onlardan biri də Xarici İşlər Nazirliyidir. Pezeşkianın xarici işlər nazirini təkbaşına vəzifədən çıxarıb yenisini təyin etməsi o qədər da asan məsələ deyil. Bu isə ziddiyyətlərin artıq kritik həddə olması deməkdir.
Zənnimcə, bu fikirin yaranmasına səbəb Arakçının son zamanlarda hökumətin siyasətini icra edən nazirdən çox, SEPAH komandiri Əhməd Vahidinin köməkçisi kimi çıxış etməsi olub. Deyilir ki, Arakçı son iki həftə ərzində Pezeşkianı məlumatlandırmadan, Vahidi ilə tam koordinasiyada və onun göstərişləri əsasında fəaliyyət göstərib. Təbii ki, bu da Pezeşkianın narazılığına səbəb ola biləcək amildir.
Bəzi mənbələrdə isə iddia edilib ki, martın sonlarında Pezeşkian ilə Vahidi arasında müharibənin idarə olunması, xalqa və iqtisadiyyata təsiri ilə bağlı məsələlərdə fikir ayrılığı yaranıb və ciddi mübahisələr yaşanıb.
Digər tərəfdən, Pezeşkianın müharibə zamanı həlak olmuş hökumət üzvlərinin yerinə yeni şəxs təyin etmək səlahiyyətinin əlindən alındığı da qeyd olunub. Hətta Vahidi açıq şəkildə bildirib ki, müharibə şəraitinə görə bütün əsas vəzifələr növbəti bildirişə qədər birbaşa SEPAH tərəfindən seçilməli və idarə olunmalıdır.
Qalibafın danışıqlardan kənarlaşdırıldığını da gördük. Bütün bunlar isə deyilənlərin həqiqət ola biləcəyini təsdiqləyir", – deyə siyasi müşahidəçi əlavə edib.
Xidmetler [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK