Araya girmək istəyən şəxsi də bıçaqladı
Samux rayonunda əkin sahəsində iki nəfəri bıçaqlayıb qaçan şəxs saxlanılıb.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Open.az-a açıqlamasında bildirib ki, hadisə fevralın 28-də rayonun Lək kəndi ərazisində əkin sahəsində baş verib.
Rayonun Qarabağlar kənd sakini, 1969-cu il təvəllüdlü Asəf Muradovla Lək kənd sakini, 1975-ci il təvəllüdlü Eldəniz Həsənov arasında mübahisə yaranıb. A.Muradov bıçaqla E.Həsənovun qarnından bir zərbə vurub. A.Muradov, həmçinin, onları ayırmaq istəyən digər Lək kənd sakini, 1984-cü il təvəllüdlü Elçin Məmmədovu da bıçaqlayıb.
Daha sonra hadisə yerindən qaçan Asəf Muradov rayon polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət aləti olan bıçaqla birlikdə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

"Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi və GROTTO Resort Azərbaycanda unikal əməkdaşlığa başlayır
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
"Bitcoin"in qiyməti 60 min dollardan aşağı düşüb
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
"Araz-Naxçıvan"ın yeni prezidenti o seçildi
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır
Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"
"Neftçi" Yuri Vernidubla bağlı qərar verdi
Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR
Xəzər insanları "udur": batmamaq üçün nə etməli?
Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq
DÇ-2026: Fransa və Seneqaldan darmadağın
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var