"Araz supermarket" alıcını yenə aldatdı, vitrindəki qiymətlə kassadakı fərqli olur

Bakının Sabunçu qəsəbəsi, Zabrat-Kürdəxanı şosesində fəaliyyət göstərən "Araz supermarket"də kassa qiymətlərinin vitrin qiymətlərindən artıq olduğu iddia olunur.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkədə izləyicilərdən biri bildirib.
"Gündəlik və aylıq bazarlıqları bu marketdən edirik. Təəssüf ki, başqa seçim yoxdur. Bu müddət ərzində barmaqla sayılacaq qədər az hal olub ki, vitrindəki qiymətlə qəbzdəki qiyməti uyğunlaşdıranda fərq olmasın. "Artıq boğaza yığılmışıq" desəm, yalan olmaz. Bir neçə gün əvvəl kabak aldım. Üzərindəki qiymət "1kq 3,70" idi, ya da "3,60". Bu marketdə qiymət fərqi artıq adi hal olduğundan kassada məhsulların qiymətinə çox diqqət edirəm. Yenə yanılmadım. Kassada qiymətin 4,09 manat hesablandığını gördüm. Vitrinə yaxınlaşıb dəqiqləşdirdikdən sonra kassirə vəziyyəti izah etdim, administratoru çağırdılar. Məhsulu alıb getdi, sonra bir nəfər xanım işçi əlindəki kabakları havada yelləyə-yelləyə yaxınlaşdı. "Bunlar kimindir?" Mənim olduğunu bildirdim. Kassirə xitabən: "Ordan bu xanıma 20 qəpik verin, getsin…" Təkrarən mənə çevrilib ağız büzərək "Heç fərq 20 qəpik də eləmir, amma eybi yox…" dedi. Müştəriyə qarşı bu nə mədəniyyətsizlikdir? Bu nə işbilməzlikdir? Bu nə rəftardır? Xanımın özünə də bildirdim ki, məsələ 5, 10, 20 qəpiklər deyil, prinsipdir. Hər gəldiyimizdə bu cür problemlə üzləşməyə məcbur deyilik. Birinci, üçüncü, beşinci dəfə deyil. Davamlı qiymət fərqi və müştərini borclu çıxarmağa, aşağılamağa çalışmaq… Budur sizin müştəriləri məmnun saxlamağa çalışmağınız? Kassada növbə gözləyən bir neçə müştəri mənə qoşuldu, hətta məndən də çox şikayətlənməyə başladılar ki, hər dəfə bu cür problemlə qarşılaşırıq. Siz bilirsiniz ki, bu boyda yaşayış komplekslərində, təkcə bizim kompleksdə, təqribən, 2000 sakin seçimi olmadığı üçün "Araz"dan alış-veriş edir? Elə şərait yaradın ki, insanlar sevərək mağazanıza daxil olsunlar, məcburiyyətdən deyil!", – o qeyd edib.
Vətəndaşın şikayətinə Araz Supermarketin sosial şəbəkə hesabı tərəfindən belə cavab yazılıb: "Qeyd etdiyiniz məsələ araşdırılacaq və zəruri tədbirlər görüləcək".
Qeyd: Bir neçə dəfə "Araz Supermarket" MMC-nin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir) maddəsi ilə inzibati protokol tərtib edilib.Pravda.az

Sosial       Tarix: 23 yanvar 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberler bu gun butun xeberler valyuta mezennesi banklar bu gunun xeberleri