Argentina lideri Azərbaycan Prezidentini təbrik etdi
Argentina Respublikasının Prezidenti Xavyer Miley Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
azxeber.com xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Bu yaxınlarda ölkələrimizin xarici işlər nazirləri arasında ikitərəfli əlaqələrimizin inkişafına xidmət edən olduqca məhsuldar telefon danışığının baş tutması məni çox məmnun etmişdir.
Əlaqələrimizin özülünü təşkil edən dostluq və hörmət prinsiplərinə əsaslanaraq, ölkələrimizin rifahı naminə qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığımızı və iqtisadi əlaqələrimizi gücləndirmək məqsədilə səylə işləməkdə davam edəcəyimi bir daha vurğulamaq istəyirəm.
Sizə yeni prezidentlik dönəminizdə bir daha ən səmimi təbriklərimi çatdırır və fürsətdən istifadə edərək, dərin hörmət və ehtiramımı ifadə edirəm.

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək