Arıqlama çayları ilə bağlı XƏBƏRDARLIQ

Arıqlama çayları ilə bağlı XƏBƏRDARLIQSon illər sosial şəbəkələrdə müğənnilərin, blogerlərin səhifəsini  bir məhsul "bəzəməyə" başlayıb. Bu, iştah küsdürən, insanı zorla arıqlamağa məcbur edən dərmanlar, çaylar və digər vasitələrdir. 
Bu gün "İnstagram"da, "TikTok"da özlərindən dietalar təqdim edənlər, blogerlər çoxalıb. Və onlar müxtəlif dərmanları, çayları reklam edirlər. Soruşduqda isə bu vasitələrin dərman olmadığını, bitki tərkibli qarışımlardan ibarət olduğunu bildirirlər.
Bəs təyinatsız, kor-koranə qəbul edilən bu "çay"lar orqanizm üçün hansı fəsadları yaradır? Hər hansı bitki tərkibli çayla 1 aya 10-12 kiloqram arıqlamaq mümkündürmü?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, hər hansı çayın bitki tərkibli olması onun zərərsiz olduğu anlamına gəlmir.
Ekspert bu cür çay və həblərin insan orqanizminə vurduğu ağır fəsadları sadalayıb:
"Bu cür arıqlama çayları, kapsul şəklində olan həblər biznes maraqları çərçivəsində hazırlanmış məhsullardır. Bu zaman onların istehlakçıları aldatmaq üçün ən çox istifadə etdiyi cümlə çayların bitki tərkibli olmasıdır. Bir məhsulun bitki mənşəli olması demək o demək deyil ki, o məhsul zərərsizdir, yaxud orqanizm üçün faydalıdır, çünki hər bir bitkinin müalicəvi xüsusiyyəti olması ilə yanaşı, müəyyən yan təsirləri də var.
Əgər bitki mənşəli hər hansı çay insanları arıqladırsa, bu onun orqanizminin təbii prosesinə müdaxilə yolu ilə pozulması deməkdir. Bu çaylar insanlarda maddələr mübadiləsini sürətləndirir və süni şəkildə ishal, yaxud qusma halları yaradır ki, bu da mineralların, vitaminlərin orqanizmdən yuyulub getməsi deməkdir, eyni zamanda bu, bağırsaq mikroflorasının da pozulması ilə nəticələnir. Belə olan halda, insan orqanizmində immun çatışmazlığı baş verir ki, bu da avtoimmun xəstəliklərinin yaranmasına birmənalı şəkildə səbəb olur. Təyinatsız bu cür vasitələrdən istifadə olunursa, sonrada bu, daha ciddi fəsadlara yol açır.
Sonradan həmin insanlarda vitamin çatışmazlığı, ciddi anoreksiya, saç tökülməsi, dırnaqların qırılması, dəridə səpkilərin yaranması, mədədə ağrılar, orqanizmin funksiyasının pozulması kimi ciddi problemlər yarana bilir. Mütləq şəkildə bu kimi məhsullardan uzaq durmaq lazımdır".
M.Hüseynova qeyd edib ki, belə vasitələrdən xüsusilə gənc və ana olmamış xanımların istifadə etməsi çox təhlükəlidir:
"Bəzən gənc xanımlar bu vasitələrdən istifadə edir, bu isə daha təhlükəlidir. Ana olmadan öncə bu kimi çay və həblərdən istifadə olunursa, bu orqanizmin zədələnməsinə, gələcək uşaqların xəstəlikli doğulmasına səbəb olur.
İmmun sisteminin zəifləməsi, qan azlığı, vitamin və mineralların bədəndən yuyulması gələcəkdə diabetə, xərçəngə, mədəaltı vəzinin tamamilə sıradan çıxmasına da səbəb ola bilər. Çünki orqanizmə süni müdaxilələr çox zərərlidir.
Digər bir məqam isə bu tip məhsulların reklam vasitəsilə daha çox satılmasıdır. Onların harda istehsal olunduğu, mənşəyi bilinmir. İstehsalçı şirkətin məlumatları göstərilmir. Bu məhsullardan istifadədən sonra xoşagəlməz hallarla qarşılaşan insanlar hara və kimə müraciət edəcəklərini bilmir. Fəsadlarla qarşılaşdıqdan sonra isə artıq gec olur".
Qida mütəxəssisi məhsulu sata bilmək üçün şirkətlərin insanları necə aldatdığını açıqlayıb:
"Məhsulların satılması üçün daha çox blogerlərdən, müğənnilərdən, məşhur simalardan istifadə olunur. Bəzən əməliyyatla arıqlayan, yaxud estetik əməliyyat olunmuş tanınmış simalardan istifadə edərək insanları aldatmağa çalışırlar, bunun çay nəticəsində olduğunu iddia edirlər.
Əgər bədən çəkimizi normada saxlamaq istəyiriksə, sağlam qidalanmamaıza, gündəlik həyat tərzimizə, yuxu rejimimizə və fiziki aktivliyimizə diqqət etməliyik. Yalnız bu yolla sağlam çəkini saxlamaq olar, digər vasitələr insan orqanizminin təbii prosesinə süni müdaxilə edir və mütləq şəkildə sonda fəsadlara səbəb olur. Bəzən insanlar tənbəllikdən bu kimi reklamlara aldanırlar.
1 ay ərzində birdən-birə 10-12 kiloqram arıqlamaq orqanizmdə əzələ itkisinə, eyni zamanda dəri sallanmasına səbəb olur ki, sonradan bunun qarşısını almaq olmur. Bitki tərkibli hər məhsula faydalı, orqanik məhsul kimi yanaşmaq lazım deyil. Bundan başqa həmin məhsulun həqiqətən bitki tərkibli olmasına dair nəzarət və keyfiyyət sertifikatları olmalıdır".

Sağlamlıq       Tarix: 10 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


yeni xeberler azerbaycan xeberleri son xeberler xeberler azerbaycan son xeber bugünkü son xəbərlər son xəbər