Arman Hukasyan: "Qərbin bizi fəlakətə sürükləməsi gün kimi aydındır"

Arman Hukasyan: Ermənistan-Rusiya münasibətlərinin kəskinləşməsi bir sıra fəsadlar törədə bilər. Cənubi Qafqazda mövqelərini qorumağa çalışan Rusiya regionda qalmaq üçün lazım gələrsə, güc variantından isitifadə edəcək. Ermənistan ərazisindəki 102-ci hərbi bazanın hərbçiləri artıq neçə gündür təlimlərə cəlb olunub və müxtəlif manevrlər edirlər. Ekspertlər hesab edirlər ki, Rusiya bununla əzələ nümayiş etdirir və yerli hakimiyyətə öz siyasətində diqqətli olmaq mesajını verir. Amma buna baxmayaraq, Ermənistanda anti-Rusiya ritorikası davam edir. Təlimatları Qərbdən alan Paşinyan Rusiyanı ölkədən çıxarmaq üçün çalışır. Ermənistanın planlarından xəbərdar olan rəsmi Moskvanın isə öz strategiyası var.
KONKRET.az xəbər verir ki, Paşinyanın siyasətini sərt tənqid edən eməni politoloq Arman Hukasyan bildirib ki, Anti-Rusiya siyasəti məğlubiyyətlərdə və uğursuzluqlarda Rusiyanı günahlandırmaq üçün əla fürsətdir. Ermənistanın Rusiya ilə müttəfiqlik münasibətlərini pozması bizi çətin vəziyyətə salacaq. Ortada Ukrayna və Moldova nümunəsi var. Mixeil Saakaşvilinin də son vaxtlar xüsusi fəallığı əbəs yerə deyil. Yaxın gələcəkdə biz daha da açıq-aşkar anti-Rusiya addımlarının və hərəkətlərinin şahidi olacağıq".
Politoloqun fikrincə, Qranada görüşü Nikol Paşinyanın məğlubiyyəti idi. Onun sonradan Bişkekə getməkdən imtina etməsi bu məğlubiyyəti təsdiqlədi: "Bütün bunların əsası Paşinyan Qaqrabağı Azərbaycanın bir hissəsi kimi tanıyandan sonra qoyulub. Paşinyanın Strasburqdakı çıxışını da gördük. Baş nazir növbəti uğursuzluqlarda Rusiyanı günahlandırmağa çalışdı. Daha sonra o, "Wall Street Journal"a müsahibəsində rus sülhməramlılarından şikayətlənib və Ermənistandakı Rusiya hərbi bazalarının gələcəyindən danışıb. Rusiya sülhməramlılarının gözdən salınmasından və Qarabağın itirilməsindən sonra Paşinyanın komandası indi Gümrüdə yerləşən 102-ci hərbi bazanı gələcəkdə geri çəkmək məqsədi ilə gözdən salmaq niyyətindədir".
Erməni politoloq hesab edir ki, Fransanın Ermənistana silah satması dekorativ xarakter daşıyır: "İndi ölkəmizdə anti-Rusiya kampaniyası ilə yanaşı, Qərbə doğru getməyimiz barədə tezislər də tirajlanır. Qərbin bizi fəlakətə sürükləməsi gün kimi aydındır. Hakimiyyət isə Qərbyönlü siyasətini davam etdirir. Ermənistan üçün Rusiya iqtisadi baxımdan daha önəmlidir. Rusiyadakı soydaşlarımızdan alınan milyonlarla vəsaitləri, Ermənistana sərfəli qiymətə satılan qazı, investisiyaları unutmamalıyıq. Ermənistan Rusiya qazını İran qazı ilə əvəz edə bilməz, çünki İran qazı daha bahadır və bu, iqtisadiyyatımıza ciddi təsir edəcək. Ölkəmizin iqtisadi relsləri Rusiya və Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin bazarına aparır.
Bundan əlavə, Ermənistan yalnız Avrasiya İqtisadi Birliyinin üzvü olduğu üçün təşkilatın ümumi enerji bazarından hər il 300 milyon dollar alır. Beləliklə, bütün bunların siyahısı Qərbin Rusiyaya alternativ ola bilməyəcəyini göstərir".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 30 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler qurban bayrami 2026 meherremlik 2026 ən son xəbərlər