Armen Sarkisyan: "Ermənistan həm müharibədə, həm də beynəlxalq platformalarda məğlub olub" - VİDEO
Armen Sarkisyan: "Ermənistan həm müharibədə, həm də beynəlxalq platformalarda məğlub olub" - VİDEO
Ermənistan Prezidenti Armen Sarkisyan ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin lazım olduğunu bildirib.
Bu barədə Rusiyanın NTV telekanalı xəbər yayıb.
Onun fikrincə, həmin vaxta qədər idarəetmə milli razılıq hökumətinə verilməlidir.
Armen Sarkisyanın sözlərinə görə, Ermənistan həm müharibədə, həm döyüş meydanında, həm də diplomatik və beynəlxalq platformalarda məğlub olub:
"Mövcud vəziyyəti və ictimai tələbləri nəzərə alaraq daxili siyasi təlatümlərdən qaçınmaq üçün növbədənkənar parlament seçkilərinin keçirilməsinin zəruri olduğu açıq-aşkar görünür".
O, bununla əlaqədar məsələləri müzakirə etmək üçün ictimai və siyasi həyatın müxtəlif sahələrinin çoxsaylı nümayəndələri ilə görüşdüyünü söyləyib.
"Görüş iştirakçılarının böyük əksəriyyəti bir məsələdə - Baş nazirin Konstitusiyaya uyğun olaraq istefası, yaxud da səlahiyyətlərinin ləğvi və erkən parlament seçkilərinin keçirilməsi barədə razılıqlarını bildiriblər", - deyə Sarkisyan əlavə edib.
Qeyd edək ki, Ermənistan parlament respublikasıdır, yəni erkən seçkilərin keçirilməsi hökumətin və baş nazirin istefasını nəzərdə tutur. Yeni hökumət və baş nazir parlament çoxluğu tərəfindən seçilir.
/oxu.az
f PaylaşKurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına