"Artıq Azərbaycanın və Ermənistanın vasitəçilərə ehtiyacı yoxdur" - Metyu Brayza

"Azərbaycan və Ermənistanın artıq vasitəçilərə ehtiyacı yoxdur".
KONKRET.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında ABŞ-nin Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza deyib.
Hər iki ölkənin 30 ilə yaxın müddətdə vasitəçilik prosesində iştirak etdiklərini bildirən ekspertin sözlərinə görə, Azərbaycan və Ermənistan elə bir səviyyəyə gəlib çatıb ki, liderlər artıq sülh istədiklərini, həmçinin beş baza prinsipində, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı olaraq tanınması barədə razılığa gəldiklərini bəyan ediblər:
"Bu prosesə yeganə maneə separatçı rejim və Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda mövcudluğu idi. Bu problem də artıq aradan qaldırılıb və iki ölkə liderinin sülh müqaviləsi barədə razılığa gəlməsinə heç bir maneə yoxdur".
M.Brayza hesab edir ki, sülh müqaviləsinin tezliklə imzalanması hər zamankından daha realdır:
"Mən son bir neçə aya qədər heç zaman sülh müqaviləsi barədə razılığın əldə edilməsinin bu qədər real olmasına dair açıqlama verməmişəm. Bu, indi daha çox mümkün görünür. Bu prosesi dayandıra biləcək yeganə hal Nikol Paşinyanın əleyhdarları olan radikal millətçilər, həmçinin ABŞ-də prosesin əleyhinə olan diaspor nümayəndələrinin siyasi sabotaja əl atması ola bilər", – deyən sabiq səfirin sözlərinə görə, regional inkişaf baxımından sülh müqaviləsi çox böyük əhəmiyyətə malikdir.
Metyu Brayza vurğulayıb ki, müqavilənin əleyhdarları Zəngəzur dəhlizinin açılmasının Azərbaycanın Ermənistan ərazisinə daxil olmaq cəhdləri kimi iddialar irəli sürsələr də, reallıqda bu barədə məhz Ermənistan özü 2020-ci ilin 10 noyabr tarixində razılığa gəlib.
"Mən əminəm, Nikol Paşinyan anlayır ki, əgər nəqliyyat əlaqələri bərpa olunarsa və bu xətt Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirərsə, bu, nəinki Ermənistana investisiya cəlbini artıracaq, iş yerlərinin açılmasına, həmçinin iqtisadiyyatın inkişafına gətirib çıxaracaq, Ermənistan iqtisadiyyatının regional iqtisadiyyata reinteqrasiyasına şərait yaradacaq. Bu isə regionda tamamilə yeni iqtisadi dinamika formalaşdıracaq və davamlı sülhün bərqərar olmasına yol açacaq. Sülh müqaviləsi regionda bütün investisiyaları real edəcək", – deyə o vurğulayıb.

Siyasi       Tarix: 22 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər cəbhədən yeni xəbərlər ən son xəbərlər xeber az