Artıq "Nar" abunəçiləri "Qarabag Dirçəliş Fondu"na ianə edə bilərlər
İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görüləcək tədbirlərə dəstək olmaq istəyən "Nar" abunəçiləri üçün "Qarabağ Dirçəliş Fondu"na balanslarından birbaşa ianə etmək imkanı yaradılıb.
Abunəçilər 1, 3, 5, 10, 20 və 50 AZN məbləğlərindən birini seçməklə ianə etmək istədikləri məbləğin müvafiq rəqəmini "8112" qısa nömrəsinə SMS göndərə bilərlər. SMS göndərildikdən dərhal sonra istifadəçiyə cavab olaraq ödənişin statusu ilə bağlı məlumat göndəriləcək.
Qeyd edək ki, balansdan yalnız ianə olunan məbləğ çıxılacaq və göndərilən hər SMS ödənişsizdir. Hər bir abunəçi bir neçə dəfə fərqli məbləğdə ianə edə bilər. Daha ətraflı məlumatı rəsmi səhifəsindən əldə edə bilərsiniz.
"Qarabağ Dirçəliş Fondu" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli fərmanı ilə yaradılıb. Fərmana əsasən, "Qarabağ Dirçəliş Fondu" Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. ()
Qeyd edək ki, "Qarabağ Dirçəliş Fonduna" digər platformalar vasitəsilə də ianə etmək mümkündür. Ətraflı: .

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar