Artıq yalanı gözlərdən oxumaq mümkün olacaq

Artıq yalanı gözlərdən oxumaq mümkün olacaqArtıq yalanı gözlərdən oxumaq mümkün olacaq
Rusiyada insan gözlərinin hərəkətini oxuyan yeni poliqraf sınaqdan keçirilir. Onu aldatmaq mümkün olmayacaq.
Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Kriminalistika Elmi Araşdırma İnstitutunun rəhbəri Aleksey Bessonov məlumat verib.
"Bu avadanlıq artıq mövcuddur və "aytreker", yaxud "okuloqraf" adlanır. Hazırda sınaqdan keçirilir və istifadəsi üçün elmi baza hazırlanır",- deyə o bildirib.
Bessonov insan reaksiyalarını xüsusi proqramların təhlil edəcəyini vurğulayıb.
"İnsan ekrandakı sualı oxuyur və cavablandırır, göz hərəkəti proqramı isə onun nə qədər səmimi cavab verdiyini təyin edir", - deyə kriminoloq əlavə edib.
Onun sözlərinə görə, belə bir yalan detektorundan nəsə gizlətmək çətin olacaq.
"Biz uzun müddətdir ki, insan göz hərəkətləri reaksiyaları ilə bağlı araşdırmalar aparırıq. Gözlər beynin aşkarda olan hissəsi sayılır. İnsan üçün vacib informasiyada gözlərin hərəkətini, bəbəyin diametrini idarə etmək olmur. Bu səbəbdən insanın nəyi isə gizlətməsi çox çətindir", - Bessonov bildirib.
"Psixoloqlar gözlərin qəlbin aynası olduğunu çoxdan bilirlər. İnsan duyğusal əhəmiyyətli məlumatlara reaksiya verərkən bəbəyin genişlənməsini və büzülməsini idarə edə bilməz. Bəli, iradə səyləri ilə ürək döyüntüsünü sakitləşdirə və idarə edə bilərsiniz. Lakin bəbəyə təsir insan qüvvəsindən xaricdir. Beləliklə, göz-hərəkət reaksiyası ilə təchiz edilmiş cihaz bu stimulun bir insan üçün əhəmiyyətli olub-olmadığını ortaya çıxara bilər", - deyə o əlavə edib.
Bessonov qeyd edib ki, insan cinayət törətməyibsə, onunla bağlı suallara müəyyən reaksiyaları verməyəcək.
"Şəxs cinayət haqqında məlumatlıdırsa, buna uyğun bir reaksiya verər", - deyə Bessonov izah edib.
Mütəxəssisin sözlərinə görə, eyni şəkildə danışma, üz və bədən hərəkətlərini təhlil etmək mümkündür.
"Bütün bu üsullar bir cihazda toplanarsa, düşünürəm ki, istintaqı maraqlandıran məlumatları gizlətmək və təhrif etmək baxımından heç kim onunla rəqabət apara bilməz", - deyə Bessonov sözlərini yekunlaşdırıb.
Mənbə: TASS /oxu.az

Maraqlı       Tarix: 20 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir


yeni xeberler azerbaycan xeberleri son xeberler en yeni xeberler krimnal xeber bugünkü son xəbərlər siyaseti xeberler bugun