Artur Simonyan Estoniya spikerinin Şuşa səfərindən danışdı – Ratasın siyasi gedişi ermənilərə OD QOYUB

Artur Simonyan Estoniya spikerinin Şuşa səfərindən danışdı – Ratasın siyasi gedişi ermənilərə OD QOYUBErmənistan parlamentinin sədri Artur Simonyan Estoniya Respublikasının fövqəladə və səlahiyyətli səfiri R.Kalyurandı qəbul edib.
KONKRET.az xəbər verir ki, görüşdə iki ölkənin parlamentləri arasında qarşılıqlı fəaliyyətin prioritetləri və parlament diplomatiyası çərçivəsində əməkdaşlığın davam etdirilməsi müzakirə edilib. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
"Biz Estoniya parlamentinin fəaliyyətini həmişə izləyirik və bizim üçün həssas məsələlərlə bağlı istənilən bəyanata və ya hər hansı digər təzahürə böyük əhəmiyyət veririk", – deyə spiker qeyd edib.
O, bu il mayın 24-də Estoniya parlamentinin sədri Jüri Ratasın Azərbaycanın mədəniyyət şəhəri Şuşaya səfəri ilə bağlı danışıb.
A.Simonyanın sözlərinə görə, Ratasın Şuşada verdiyi bəyanatlar nəinki ölkələrimiz arasında dostluq münasibətlərinin ruhunu əks etdirmir, həm də Estoniyanın Qarabağ münaqişəsinin (belə münaqişə artıq yoxdur) sülh yolu ilə həllinə rəsmi dəstəyi ziddiyyət təşkil edir. O, ümidvar olduğunu bildirib ki, estoniyalı həmkarı tezliklə Ermənistana səfər edəcək və vəziyyətlə yerindəcə tanış olacaq, həmçinin Qarabağı (qondarma rejimi nəzərdə tutur) təmsil edən "rəsmilər"lə (heç bir səlahiyyəti olmayan) görüşəcək.
Qeyd edək ki, baş nazir Nikol Paşinyanın "sağ əli" hesab edilən Artur Simonyan bu fikirlərini səsləndirməklə nəinki "sahibi" Nikolun, eləcə də 10 noyabr 2020-ci il bəyanatlarını kölgə altına salır. Öz erməni ictimayyəti üçün tirajlanan belə "bəyanat" rəsmi Bakıda yalnız gülüş doğurur. Çünki hazırda regionda dominant və diqtə edən ölkə Azərbaycandır, Ermənistan isə sadəcə şagird kimi "ev tapşırıqlarını" yerinə yetirir. Elə Simonyanın sərsəm çıxışı da məktəbli çantasının bir güncündə yer alıb.
Yeri gəlmişkən, estoniyalı səfir Ratasın Şuşa səfəri ermənilərə od qoyub.
Xatırladaq ki, Estoniya parlamentinin (Riiqikoqun) sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti may ayının 24-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub. Qonaqlar Yuxarı Gövhərağa, Aşağı Gövhərağa məscidləri, Karvansaray, şəhərdə gedən sürətli bərpa-quruculuq və rekonstruksiya işləri ilə yaxından tanış olublar.
Səfər zamanı qonaqlar Şuşanın Qala divarlarını, Xan qızı Natəvanın Sarayının qalıqlarını seyr ediblər, Şəhər meydanına baş çəkiblər.
Roman Göytürk,
KONKRET.az
Artur Simonyan Estoniya spikerinin Şuşa səfərindən danışdı – Ratasın siyasi gedişi ermənilərə OD QOYUB

Siyasi       Tarix: 09 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

1 saat danışdılar - Lavrov və Rubio nəyi müzakirə etdi?

Nyu-Yorkda Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubio arasında təkbətək danışıqlar başa çatıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, diplomatik görüş təxminən bir saat davam edib

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Ticarət Palatasının əsas korporativ rəhbərləri və aparıcı ABŞ şirkətlərinin nümayəndələri ilə keçirilən İcraçı Dəyirm


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bugun xabar az son xeberler az bugünkü son xəbərlər