Arutyunyan Putinə göndərdiyi sərt məktubunda Kreml rəhbərinə hansı sətiraltı mesajlar verib? - İLGİNC DETALLAR

Arutyunyan Putinə göndərdiyi sərt məktubunda Kreml rəhbərinə hansı sətiraltı mesajlar verib? - İLGİNC DETALLARQarabağdakı erməni separatçılarının rəhbəri Arayik Arutyunyanın Vladimir Putinə məktub yazması və cavab üçün Rusiya liderinə cəmi bir neçə gün vaxt verməsi haqda xəbər birmənalı qarşılanmayıb və sosial şəbəkələrin erməni seqmentində ciddi müzakirələrə səbəb olub. Arayik Arutyunyan məktubda Laçın yolunun açmalı olduğunu, əks halda, bundan sonra məsələləri özünün həll etməyə hazırlaşdığını qeyd edib. Separatçıların rəhbərinin bu fikirləri əməlli-başlı çaşqınlıq yaradıb. Bəs görəsən, Arutyunyanın Putinə sərt məktub yazmasının səbəbi nədir? Ümumiyyətlə, Putinin cavabı necə ola bilər? Arutyunyanın özünün bütün məsələləri həll etməyə çalışacağını deməsi Azərbaycana qarşı yeni təxribatların başlanğıcı kimi xarakterizə edilə bilərmi?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əhəd Məmmədli separatçıların aqoniyada olduğunu bildirib:
Arutyunyan Putinə göndərdiyi sərt məktubunda Kreml rəhbərinə hansı sətiraltı mesajlar verib? - İLGİNC DETALLAR"Heç kəsin tanımadığı separatçı bir qurumun başında dayanan şəxsin Azərbaycanla yaxşı münasibətləri olan ölkənin rəhbərinə məktub göndərməsi absurddur. Arutyunyanın Putindən təkidli tələblə cavab gözləməsi, hətta Kreml rəhbərinin heç bir addım atmayacağı təqdirdə məsələləri özünün həll edəcəyini deməsi heç bir məntiqə sığmır və gülüş doğurur. Arutyunyan özü hansı addımlar ata bilər ki? Təbii ki, burada onun məqsədi Putinə sətiraltı mesaj verməkdir. Arutyunyan Putinə demək istəyir ki, əgər Kreml addım atmasa və Azərbaycanı geri çəkilməyə vadar etməsə, o zaman separatçılar Qarabağı özləri tərk edəcəklər. Belə olan halda isə Qarabağ birdəfəlik Rusiyanın təsir dairəsindən çıxacaq və Moskva Azərbaycana heç nə ilə təzyiq göstərə bilməyəcək. Yəni Arutyunyan Rusiyaya bu mesajları verir və öz mövcudluqlarını qorumaq üçün axırıncı kartını oynayır".
Politoloq Putinin rəsmi olaraq Arutyunyana cavab verəcəyini düşünmür:
"Ola bilər ki, Kremldən separatçıların rəhbərinə hansısa qeyri-rəsmi mesajlar göndərilsin. Amma Arutyunyanın bu addımı cəsarətdən daha çox şantaj xarakteri daşıyır. Bir növ Putinin separatçılara dəstək verməyə məcbur qaldığını göstərmək istəyir. Amma bu məktubun effektiv olacağını və müsbət nəticə verəcəyini düşünmürəm".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 05 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri xeber xeber.az bu gun xeberler az