Arvadıma dedim, əxlaqsızlıq edirsən, dedi, özün...' - Azərbaycanda dəhşətli hadisə

Arvadıma dedim, əxlaqsızlıq edirsən, dedi, özün...' - Azərbaycanda dəhşətli hadisəZərdab rayonunda 1965-ci il təvəllüdlü Məhərrəm Aslanov qısqanclıq zəminində 1968-ci il təvəllüdlü arvadı Rəhilə Aslanovanı boğaraq öldürüb.
Azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, Məhərrəm 1 mart 2021-ci ildə səhər saat 07.30-da Zərdab şəhərindəki evində arvadı Rəhilənin bir neçə il əvvəl başqa kişilərlə intim münasibətdə olmasını, yüngül həyat tərzi keçirməklə onu və ailə üzvlərini el arasında rüsvay etməsini güman edib.
O, qısqanclıq zəminində arvadını öldürmək qərarına gəlib.
Məhərrəm evin yataq otağının çarpayısında uzanıqlı vəziyyətdə olan Rəhilənin üzərinə çıxıb və dizləri ilə onun qollarını saxlayıb, daha sonra əxlaqsızlıqları ilə onu rüsvay etdiyini bildirib.
Daha sonra arvadını ağız və sinə nahiyəsinə bir neçə dəfə yumruqla vurub, əlləri ilə boğaz nahiyəsini təxminən iki dəqiqə müddətində sıxaraq onu boğub.
İstintaq orqanı tərəfindən Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 5-6 il əvvəl mərhum tanışı Tacəddin ona həyat yoldaşı Rəhilənin əvvəllər əxlaqsızlıq etdiyini deyib: "Bu barədə həyat yoldaşım Rəhilədən soruşdum. Lakin Tacəddinin dediyini ona söyləmədim. Rəhilə isə mənə "başqasından niyə soruşursan, get elə Tacəddindən soruş" şəklində cavab verdi. Mən də Rəhiləyə bu barədə mənə elə Tacəddinin dediyini bildirdim.
Həmin vaxt Rəhilə yaxşı etdiyini, mənim özümün axşam gedib, sabah gəldiyimi bildirdi. Həyat yoldaşımın işlətdiyi həmin ifadədən sonra uşaqlarımın böyüməsini gözlədim".
Təqsirləndirilən şəxsin sözlərinə görə, daha sonra həyat yoldaşı Rəhilənin cəzasını verəcəyini düşünüb.
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində yetkinlik yaşına çatmayan qızı ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxs atası, mərhum isə anasıdır: "Evimizdə hər hansı problem, söz-söhbət olmayıb. Atam işləyib pul qazanıb, bazarlıq edərək evə gətirib. Anam isə ev işləri ilə məşğul olub, yemək hazırlayıb. Normal ailə kimi yaşamışıq. Özüm harasa gedəndə anama deyən zaman anamı ona əvvəlcə atamdan icazə almağımı bildirib. Hətta xalamgilə gedəndə belə icazə alaraq getmişik. Yəni biz elə ailə olmamışıq ki, harasa icazəsiz gedək və ya saymamazlıq edək. Anamın haqqında deyilənlərin isə hamısı yalandır".
Hüquqi varis qeyd edib ki, atası anasını günahsız yerə öldürüb. O, özünün atası ilə barışıb-barışmadığını deyə bilmədiyini qeyd edib. O, atasına layiqli cəzası nədirsə, onun da təyin olunmasını xahiş edib.
Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhərrəm 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Sosial       Tarix: 04 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim sonxabar xəbərlər.com