"Arxayınlaşmaq olmaz, hər kəs səsinə sahib çıxmalıdır" - Ərdoğan
"Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalıb".
KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin hazırkı dövlət başçısı, "Cümhur İttifaqı"nın prezidentliyə vahid namizədi Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib.
Ərdoğan bildirib ki, seçici fəallığı kifayət qədər yüksəkdir.
Dövlət başçısı bir daha seçiciləri səsvermədə daha fəal iştirak etməyə çağırıb: "Arxayınlaşmaq olmaz. Hər kəs səsinə sahib çıxmalıdır".
Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib.
Prezident seçkilərinin II turunda seçicilər "Cümhur İttifaqı"nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqın"ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib