Asim Mollazadə: "Bakı şəhərində tikinti ilə bağlı problemlər yaranıb, şirkətlər öhdəliklərdən yayınırlar
Asim Mollazadə: "Bakı şəhərində tikinti ilə bağlı problemlər yaranıb, şirkətlər öhdəliklərdən yayınırlar"
Bakı şəhərində tikinti ilə bağlı müəyyən problemlər yaranıb. Belə ki, bir neçə yerdə vətəndaşların köçürülməsində çətinliklər olur.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Asim Mollazadə deyib.
O bildirib ki, tikinti şirkətləri bəzi hallarda öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir:
"Məsələn, bir layihə razılaşdırılır, sonradan isə layihə dəyişdirilir. Bizim rayonda üç ildən artıqdır ki, tikinti dayanıb. İnşa ərazilərində kimlərisə köçürə bilmirlər. Məhkəmə prosesləri illərlə uzanır. Bu, vətəndaşların çox ciddi narazılığına səbəb olur. Bununla bağlı bir neçə dəfə Bakı şəhər, rayon rəhbərliyinə müraciət etmişəm".
Deputat bildirib ki, bu məsələ ilə bağlı qanunvericlikdə dəyişiklik olmalıdır:
"Qanunvericliyə dəyişiklik edilərək həm vətəndaşların mülkiyyət hüquqları müdafiə edilməli, həm də dövlətin həyata keçirdiyi layihələrin qarşısı alınmamalıdır". /oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."
Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."
Qızıl ucuzlaşdı