Asiya İnkişaf Bankı: ""AccessBank" güclü kredit təşkilatıdır"

Asiya İnkişaf Bankı: ""AccessBank" güclü kredit təşkilatıdır""Əməliyyatların şəffaflığı, güclü kapital bazası və hörmətli səhmdarlar qrupu sayəsində "AccessBank" artıq uzun müddətdir ki, güclü kredit təşkilatıdır. Bank xüsusilə dövlət prioritetləri baxımından yaxşı maliyyə vəziyyətinə malikdir. Bankın fəaliyyətinin əsas istiqaməti bölgələr üzrə mikrokreditlərdir ki, bu da ona gəlir bazasını qoruyan, kifayət qədər şaxələndirilmiş kredit portfelini yaratmağa imkan verir. Ölkənin dayanıqlı iqtisadi artımını bərpa etmək üçün biznes kreditləşməsi bank üçün vacibdir".
Bunu Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə meneceri Nəriman Manapbekov "APA-Economics"ə müsahibəsində bildirib. O, həmçinin vurğulayıb ki, AİB "AccessBank"ın yenidən kapitallaşdırma planının icrasından bəri əldə etdiyi inkişafdan və 2020-ci ilin I rübünü xalis mənfəətlə başa vurmasından məmnundur.
Cənab Manapbekov, həmçinin bildirib ki, yenidən kapitallaşdırma planı bankın 2020-ci ildə kapital pozuntusuna səbəb ola biləcək mənfi şoklarla qarşılaşdığı təqdirdə, şərti kapitalı rezervləşdirməyi nəzərdə tutur. AİB "AccessBank"ın şərti kapitalını təmin edir və beləliklə, zərurət olduqda səhmlər blokunu artırmağa hazırdır.
Müsahibənin tam mətni ilə tanış olmaq üçün linkə daxil olun:
"AccessBank" Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.   /news.milli.az

İqtisadiyyat       Tarix: 24 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən şad xəbər valyuta mezennesi banklar xeber.az son xeberler xabarlar