"Aşk-ı Memnu"nun "Arsen"i vəfat etdi
Məşhur "Aşk-ı Memnu" serialında "Arsen" obrazını canlandıran tanınmış aktrisa Gülsen Tuncer 81 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd edək ki, Gülsen Tuncer 1945-ci ildə Adanada anadan olub. İstanbul Bələdiyyə Konservatoriyasının Teatr fakültəsini bitirən aktrisa peşəkar karyerasına 1968-ci ildə "Gülriz Sururi-Engin Cezzar" Teatrında "Zilli Zarife" tamaşası ilə başlayıb.
Teatrdan əlavə kino və televiziya sahəsində bir çox layihələrdə yer alan Tuncer 40-a yaxın filmdə rejissor köməkçisi və assistenti kimi çalışıb. O, geniş tamaşaçılara məhz "Aşk-ı Memnu" serialındakı "Arsen xanım" obrazı ilə tanınıb.
Həmçinin, sənətçi "Soğuktu ve Yağmur Çiseliyordu" (1991) və "Bir Tren Yolculuğu" (1988) kimi filmlərdəki rollarına görə müxtəlif festivallarda "Ən yaxşı ikinci plan qadın rolu" mükafatlarına layiq görülüb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır