AŞPA-da Ermənistan üzrə həmməruzəçi: "Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?
AŞPA-da Ermənistan üzrə həmməruzəçi: "Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?"
"Azərbaycanlılar minalanmış və yenidən tikilməyə ehtiyacı olan bir əraziyə necə qayıdacaqlar?"
"Report" xəbər verir ki, bu sualla deputatlara Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyası çərçivəsində keçirilən iclaslar zamanı qurumun Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Finlandiyadan seçilmiş deputat Kimmo Kilyunen müraciət edib.
Kimmo Kilyunen Qarabağ münaqişəsi bitdikdən sonrakı mərhələdə azərbaycanlı köçkünlərin geri qayıtmalarını təmin etmək üçün bu ərazilərin minalardan təmizlənməsi və yenidən qurulmasının ən vacib məsələlərdən olduğunu bildirib:
"Bütün hərbi əməliyyatlar siyasətin məğlubiyyəti deməkdir. İndi ki münaqişə bitib ,barışıq və inamın yaranması mərhələsi başlayıb. Bu mərhələdə iki problemi diqqətinizə çatdırmaq istəyirəm. İlk növbədə azərbaycanlıların Dağlıq Qarabağa geri dönmələri ilə bağlıdır. Bu insanlar geri torpaqlarına qayıtmağı gözləyirlər. Lakin bu ərazi hansı vəziyyətdədir? Ora minalanmış və yenidən tikilməyə ehtiyacı olan ərazidir. Hər iki ölkə, Azərbaycan və Ermənistan bə ərazilərin beynəlxalq ekspertlərin iştirakı ilə minalardan təmizlənməsi məsələsində razılığa gəlməlidirlər". /oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir
Arvadını döydüyünə görə 6 ay maaşından pul tutulacaq - Detallar