Aşpazlıq üzrə pilot tədris qrupunun Məzun Günü keçirilib

Aşpazlıq üzrə pilot tədris qrupunun Məzun Günü keçirilibOktyabrın 14-də Dövlət Turizm Agentliyinin tabeliyindəki Bakı Turizm Peşə Məktəbinin və  "CASA Baku" Kulinariya Məktəbinin Aşpazlıq ixtisası üzrə ilk pilot qrupunun tələbələrinin Məzun günü keçirilib. 
azxeber.com xəbər verir ki,  "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda baş tutan mərasimdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi və "CASA Baku" Kulinariya Məktəbinin nümayəndələri iştirak ediblər. 
 Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında qastroturizmin inkişafının ölkəmiz üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, milli mətbəx nümunələrimizin qorunması, Azərbaycanın qastronomiya destinasiyası kimi dünyada təbliği istiqamətində genişmiqyaslı işlər görüldüyünü bildirib: 
"Dövlət Turizm Agentliyi tərəfindən milli mətbəx nümunələri pasportlaşdırılıb, ölkənin biomüxtəliflik potensialı aqro-qastro turizm marşrutlarına qazandırılıb. Bundan əlavə, peşəkar kulinarların yetişdirilməsi, gənc aşpazların inkişafı və ixtisaslaşması dəstəklənib. Aşpazlar üçün pilot tədris qrupunun yaradılması da bu qəbildən olan layihələrdəndir. Bu proqram gənc aşpazların peşəkar inkişafı üçün əvəzsiz təcrübədir. Gələcəkdə Azərbaycanda aşpazlıq ixtisası üzrə ali təhsil müəssisələrində fakültə yaradılmasının  planlaşdırıldığı da diqqət mərkəzindədir" deyə  Nağıyev bildirib.
Sonra aşpazlıq üzrə bir illik tədris proqramını əks etdirən videoçarx nümayiş etdirilib. 
Qeyd olunub ki, Azərbaycanda indiyədək aşpazlıq ixtisası üzrə ali səviyyədə təhsil pilləsi olmadığına görə, Dövlət Turizm Agentliyi tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi və "CASA Baku" Kulinariya Məktəbinin birgə əməkdaşlığı ilə pilot qrup yaradılıb. Layihə çərçivəsində xüsusi bacarıqları olan 18 tələbə "Aşpazlıq" ixtisası üzrə peşə təhsili alıb. Tədris prosesinə "CASA Baku" Kulinariya Məktəbinin mütəxəssisləri, eyni zamanda digər yerli və xarici mütəxəssislər də cəlb edilib. 
Tələbələrə nəzəri və təcrübə xarakterli  dərslər keçirilməklə yanaşı, onların yerli və beynəlxalq yarışlarda, müxtəlif tədbirlərdə iştirakı təmin olunub. 
Tədris zamanı tələbələrə beynəlxalq sertifikatlı müəllimlər tərəfindən İngilis dili tədris edilib. 
Mərasimdə birinci pilot qrupun 18 məzununa diplomlar təqdim olunub. Onlar ikinci pilot qrupun üzvlərinə aşpaz formalarını ötürüblər.
Aysel Hacızadə

Sosial       Tarix: 14 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


yeni xeberler son xeberler azerbaycan xeberleri maraqlı xəbərlər krminal bu gun bu gunun xeberleri axsam.az xeberler