"Associated Press": "İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi

"Associated Press": "İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi"Associated Press": "İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi"
Nüfuzlu "Associated Press" nəşri Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanat çərçivəsində əvvəlcə Ağdam, Kəlbəcər və nəhayət Laçın rayonlarının Azərbaycana təhvil verilməsi prosesinin başa çatmasını işıqlandırıb.
Nəşr qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan ərazilər üzərində nəzarətin bərpasını "tarixi qələbə" adlandırıb və həmin ərazilərin dirçəldiləcəyinə söz verib.
"Biz hər birimiz bir arzu ilə yaşamışıq, indi biz bu arzunu həyata keçirdik. Biz döyüş meydanında və siyasi arenada qələbə qazandıq", - ölkə başçısının bu fikirləri məqalələrdə yer alıb.
Nəşr həmçinin Azərbaycanın işğal illərində dağıdılmış şəhərləri və kəndləri bərpa etmək əzmində olduğunu və bu fikrin şəxsən ölkə başçısı İlham Əliyevin dilindən dəfələrlə söyləndiyini qeyd edib.
"Associated Press" eyni zamanda üçtərəfli bəyanatın Azərbaycan və Ermənistan cəmiyyətində necə qarşılandığına da diqqət yetirib. Nəşr qeyd edib ki, Azərbaycan xalqı üçtərəfli bəyanatı qələbə kimi bayram etdiyi halda, Ermənistanda çoxsaylı iğtişaşlar və etirazlar yaşanıb.
Ermənistan tərəfinin Kəlbəcəri qaytarmaq üçün əlavə 10 gün vaxt istəməsindən sonra Azərbaycana təhvil verilən ilk rayonun Ağdam olduğuna diqqət çəkən nəşr, xalqımızın bu ərazilərə qayıtmağa, dövlətin isə bu regionları bərpa etməyə hazır olduğunu qeyd edib.
"Biz tarixi ədaləti bərpa etmişik. Azərbaycan xalqı dağıdılmış şəhər və kəndləri bərpa etmək üçün hər şeyi edəcək", - deyə "Associated Press" dövlət başçısı İlham Əliyevin fikirlərindən sitat gətirib.
Nəşrin dərc etdiyi məqalələrdə həmçinin Ağdam, Kəlbəcər və Laçını tərk edən ermənilərin yaşadıqları evlərdə və meşələrdə yanğın törətdiklərinə də diqqət çəkilib.
Həmçinin, işğaldan azad olunan rayonlardan olan azərbaycanlıların öz doğma torpaqlarına qayıtmağa can atmasına dair fikirləri əks olunub. /oxu.az

Siyasi       Tarix: 01 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən son xəbər cəbhədən görüntüleri cəbhədən video