Astara sakinlərindən qanunsuz odlu silahlar və narkotik maddə götürüldü
Astara sakinlərindən qanunsuz odlu silahlar və narkotik maddə götürüldü
Astara rayon sakinlərindən qanunsuz odlu silahlar və narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən Maşxan kənd sakini E.Məmmədov şəhər ərazisindəki bazarda Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Hüseynov tərəfindən döyüldüyünü bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən E.Hüseynov saxlanılıb və ondan lüləsi kəsilmiş ov tüfəngi, 1 ədəd patron və 3 qram tiryək aşkar edilərək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.1-ci və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb.
Bundan başqa, rayonun Vəznəş kənd sakini R.Nəbiyev isə 9 qramdan artıq marixuananı satarkən saxlanılıb.
Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq 9 qramdan artıq marixuana və yaşadığı evdən isə "İJ-18" markalı ov tüfəngi aşkar edilərək götürülüb. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR