Astarada ağır qəza: ölən və xəsarət alanlar var 

Astarada ağır qəza: ölən və xəsarət alanlar var Astara rayonunun Təxtənəkəran kəndində baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər yaralanıb.
KONKRET.az Report-a istinadla xəbər verir ki, Samid Həmidovun idarə etdiyi "Ford Transit" markalı yük avtomobili, qarşıdan gələn Astara rayonunun Miki kənd sakini, 1957-ci il təvəllüdlü Gülağa Ağahəsən oğlu Əliyevin idarə etdiyi "Niva" markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Toqquşmadan sonra "Ford Transit" yoldan çıxaraq aşıb. Qəza nəticəsində "Niva" markalı nəqliyyat vasitəsinin sürücüsü və avtomobildə sərnişin qismində olan sürücünün oğlu, Astara rayonunun Rinə kənd sakini, 1980-cı il təvəllüdlü Rüstəm Gülağa oğlu Əliyev, eləcə də Rinə kənd sakinləri – 2007-ci il təvəllüdlü Elvin Fərhad oğlu Əliyev və 2008-ci il təvəllüdlü Şəhram Rüstəm oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Vəziyyətləri daha ağır olan G. Əliyev və R. Əliyev reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlara dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin edilib. Həkimlərin seyinə baxmayaraq, sürücü Gülağa Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Hadisə       Tarix: 20 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

AzTV-nin sabiq idarə rəisi vəfat etdi 

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin kadrlar idarəsinin sabiq rəisi Mansur Bayramov dünyasını dəyişib. xəbər verir ki, bu barədə onun iş yoldaşları məlumat yayıb. Qeyd edək ki, Mansur Bayramov AzTV-də 30 ildə

Tanınmış həkim həbs olundu

Tanınmış stomotoloq Zeynalabdin Allahyarov həbs olunub. bildirir ki, -ın əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin dələduzluq maddəsi üzrə təqsirli bilinib. Məhkəmənin hökmü ilə Z.Allahyarov 2 il müddətinə azadlıqda

Qayınanasının qızıllarını oğurlayıb nişanlısına "İphone 17" aldı - Bakıda film kimi cinayət

Bakıda 2003-cü il təvəllüdlü gənc elçi getdiyi qızın anasının qızıllarını oğurlayıb. xitab24-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Gəncə prospektində baş verib. Araşdırmalar nəticəsində hadisəni 2003-cü il təvəllüdl

Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı

Sabirabadda 17 yaşlı oğlan 15 yaşlı qızı qaçırıb. -a istinadla xəbər verir ki, hadisə rayonun Cavad kəndində qeydə alınıb. Hadisə bu gün səhər saatlarında baş verib. Qeyd edək ki, ötən ay da eyni kənddə oxşar hadisə baş vermiş

Qazaxda yol qəzasında 3 nəfər ölüb, xəsarət alanlar var - FOTO

Qazaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı yolunda qeydə alınıb. Hərəkətdə olan "VAZ" markalı minik maşını il

Bakıda polis əməkdaşı vəfat etdi

Azərbaycanda polis əməkdaşı vəfat edib. KONKRET. -a istinadən xəbər verir ki, Şərur rayon, Maxta kəndindən olan polis serjantı Elvin Qabil oğlu Abbasov səhhətində yaranmış problem səbəbindən Bakı şəhərində vəfat edib. E.Abbaso

Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında köhnəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan motosndə qeydə alınıb. Belə ki, hərəkətd

Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin FOTOLARI

Noyabrın 17-də saat 15 radələrində Bakının Binəqədi rayonu ərazisində 23 yaşlı qadın qətlə yetirilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, qətlə yetirilən qadın Gülarə Mehdiyevadır. Onun rəssamlıq fəaliyyət

Azərbaycanlı holdinq direktoru Türkiyədə tutuldu

Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib. xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, interpolun Azərbaycan Respublikasındak


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun en sonxeber bugun xeberler kriminal bugun