Astarada karantin rejimini pozan şəxs həbs edildi - VİDEO
Astarada karantin rejimini pozan şəxs həbs edildi - VİDEO
Astarada karantin rejiminin qaydalarını pozan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Astara və Lənkəran rayonunun birləşdiyi ərazidə, Çayoba kəndi ərazisində qurulmuş postdan qanunsuz olaraq digər rayonun ərazisinə keçən şəxs Astara Rayon Polis əməkdaşları tərəfindən saxlanılıb.
Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini Əmrayev Kənan karantin qaydalarına, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, Lənkəran rayonunun ərazisinə daxil olub. Həmin şəxs daha sonra Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək, inzibati qaydada həbs edilib.
Ümumilikdə, bu günədək Astara RPŞ-nin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 22 nəfər barəsində inzibati qaydada tədbirlər görülüb.




Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb