Mətin Eynullayev ona yüksək vəzifə verdi - FOTO
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub.
KONKRET.az Yurd.Media-ya istinadən xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.
Əmrə əsasən, Tərlan Əliyev Əmlak Məsələləri Dövlət Xidmətində İnnovasiyalar və rəqəmsal inkişaf sektorunun müdiri vəzifəsinə təyin olunub.
O, 2025-ci ilin fevralından 2026-cı ilin noyabrınadək həmin qurumda aparıcı məsləhətçi vəzifəsini tutub.
Tərlan Əliyev bundan əvvəl, 2023-cü ilin iyulundan 2025-ci ilin fevralınadək Dövlət Məşğulluq Agentliyində aparıcı mütəxəssis kimi fəaliyyət göstərib.
O, 2019-cu ilin fevralından 2020-ci ilin mayınadək Çexiyada yerləşən "Infosys" şirkətində proseslər üzrə icraçı (Process Executive) vəzifəsində çalışıb. Həmin dövrdə şirkətin "Apple Maps" layihəsində iştirak edib və əsasən Azərbaycan və Türkiyə üzrə müştəri müraciətlərinin emalı ilə məşğul olub.
T.Əliyev 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində təcrübəçi-tədqiqatçı, 2017-ci ildə isə Azərbaycan Xarici İşlər Nazirliyində təcrübəçi olub.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var