Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdirUkraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir.
KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətində qeyd olunub.
Onun sözlərinə görə, Paris Kiyevə maliyyə və hərbi yardımı davam etdirmək, eləcə də Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin hazırlanmasında iştirak etmək niyyətindədir.
"Ukraynaya özünü müdafiə etməyə kömək etmək Fransa və fransızları müdafiə etmək deməkdir. Əgər Rusiya öz iradəsini güc yolu ilə bir Avropa ölkəsinə qəbul etdirərsə, bütün Avropa zəifləyəcək", – o vurğulayıb.
Fransa liderinin sözlərinə görə, o, Moskvanın danışıqlarda maraqlı olduğunu görmür, Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi zərbələr isə Ukraynanı qış mövsümündə işıqsız qoymağa və bununla da Moskvanın şərtlərini qəbul etməyə məcbur etməyə yönəlib. Bu kontekstdə Kiyevə hərbi və enerji yardımının davam etdirilməsinin vacibliyi qabardılıb:
"Ukraynanın resurslarını məhdudlaşdırmaq istəyənlər, əslində, onu ədalətsiz sülhü qəbul etməyə məcbur etməyə, onu, bununla birlikdə isə bütün Avropanı uzun müddətə həssas vəziyyətə salmağa çalışırlar. Bu, məğlubiyyət ruhudur. Bu, növbəti müharibə üçün reseptdir. Fransa belə bir mövqeni bölüşə bilməz".
Fransa Prezidenti ədalətli və davamlı sülhə nail olmağı ikinci prioritet adlandırıb. O vurğulayıb ki, Avropa bu prosesdə tamhüquqlu rol oynamalıdır, çünki bütün qitənin təhlükəsizliyi onun nəticələrindən asılıdır.
Makron həmçinin bildirib ki, Fransanın təşəbbüsü ilə Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində 42 ölkə Avropa təhlükəsizlik prinsiplərinə dair bəyannaməni təsdiqləyib. Bundan əlavə, o, Ukraynaya təhlükəsizlik zəmanətləri hazırlamaq üçün yaradılmış "İstəklililər koalisiyası"nın işini xatırladıb.
Onun sözlərinə görə, müvafiq plan Ukrayna ordusuna dəstəyi və atəşkəsdən sonra ölkədə yerləşdirilə biləcək çoxmillətli qüvvələrin hazırlanmasını nəzərdə tutur. Hazırda təlimlər Polşada keçirilir, koalisiya iştirakçılarının növbəti görüşü isə Berlində planlaşdırılır.
"Avropada ən böyük fəaliyyətdə olan orduya malik olan Ukrayna NATO-da aparıcı rol oynamalıdır", – Makron yazıb.
O vurğulayıb ki, Parisin son məqsədi Ukraynada davamlı sülhü təmin etmək və Avropanın ümumi təhlükəsizlik sistemini möhkəmləndirməkdir.
Qeyd edək ki, bu bəyanat Fransada kütləvi etiraz aksiyaları fonunda verilib. Həmin aksiyalarda bir sıra nümayişçilər hakimiyyəti Ukraynaya hərbi dəstəkdən imtina etməyə və bu vəsaitləri daxili problemlərin həllinə yönəltməyə çağırıblar. Son məlumatlara görə, 106 min nümayişçinin toplaşdığı şənbə etiraz aksiyalarında 121 nəfər saxlanılıb.

Siyasi       Tarix: 15 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək

Azərbaycan və ABŞ kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnu

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Makron: Ukraynaya yardım Fransa və bütün Avropanın müdafiəsi deməkdir

Ukraynaya dəstək Fransa və Avropanın təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. KONKRET.azxəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makronun "X" sosial şəbəkəsində ölkə vətəndaşlarına müraciətind

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu

Bu fotonu görəndə, açığı, dəhşətə gəldim. Belə bir tikintiyə necə icazə vermək olar. Mən peşəkar inşaatçıyam, memar deyiləm. Amma bu nəhəng tikilinin Ağ Evi necə kölgədə qoyduğunu görmək üçün memar olmağa ehtiyac yoxdur

Türkiyə Ermənistanla sərhədi açır?

Türkiyə Ermənistanla dəmir yolu sərhəd-keçid məntəqəsinin və Alican avtomobil sərhəd-keçid məntəqəsinin açılması üçün zəruri hazırlıqları tamamlayıb. xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadi

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri cəbhədən görüntüleri son xəbərlər azərbaycanda xəbərlər