Atamda anama qarşı istilik görməmişəm' - Yaşar Nurinin qızı

Atamda anama qarşı istilik görməmişəm' - Yaşar Nurinin qızı"Dəfələrlə qayıdıb gəlib, amma mən barışmamışam. Düşünürəm ki, gərək insanın içində ailə məsuliyyəti olsun. Əgər bu yoxdursa, o heç vaxt ailə başçısı ola bilməz".
azxeber.com "axşam.az"a istinadən xəbər verir ki, bu barədə müğənni Ülkər Yaşarqızı "Elgizlə izlə" proqramında keçmiş həyat yoldaşı haqqında danışarkən deyib. O, aralarında dost münasibətinin olduğunu vurğulayıb:
"O, gözəl insan, dost ola bilər. Bundan sonra da onunla dostluq edə bilərəm. Anası rəhmətə gedəndə getmişdim. Mənə instaqramda yazmışdı ki, sənə ehtiyacım var, anam dünyasını dəyişib. Yay idi, işdə idim. İş yoldaşlarım şahiddir ki, onun yanına getdim. Dedim ki, həyatdır... Hətta anama zəng vurdum ki, belə bir şey olub, nə məsəhət görürsən? Dedi ki, həyat sənindir, ailə sənin olub, insanıq, hamımızın başına gələ bilər.
Gecə ilə getdim Novxanıya, onun yanında səhər 5-ə qədər oturdum. Dərdləşdik, söhbət etdik. Mən də, o da niyə belə oldu deyə dərdləşdik. Səhərə yaxın artıq dedim ki, getməliyəm. Ona dedim ki, bizimki alınmır, sadəcə dostuq. Həqiqətən də bəzən insanın dost kimi qalmağı daha gözəldir. Bizim problemimiz də olmayıb. O mənə sual verir ki, biz niyə ayrıldıq, səbəb nədir? Özümə də bu sualı verirəm. Kin saxlamıram. Atası da dünyasını dəyişəndə getmişdim. Bəzən insanlar ayrılır, düşmənçilik, o bunun arxasıyca danışır, kin, nifrət saxlayırlar. O deyir tərbiyəsiz olub. Bu deyir belə. Amma bizdə əsla, mən ona demərəm ki, belə olub".
O, aparıcı Elgiz Əkbərin "İkinci baharını yaşamaq istəmirsən?" sualına isə "Niyə istəmirəm?" deyə cavab verib.
"O qaldı keçmişdə, qadın xoşbəxt olmağa layiq məxluqdur. Bəzən istəyən olur, indi də var, ciddi olan da. Amma çox duyğusal insanam. Sevgisiz yaşamağı sevmirəm. İstəyirəm hər zaman yanımda qayğıkeş biri olsun" deyə, o əlavə edib.
Ülkər atası, mərhum Xalq artisti Yaşar Nurinin anası Rəhimə Nuriyeva ilə olan münasibətlərinə də toxunub:
"Atam istiqanlı insan olmayıb. Onda anama qarşı istilik görməmişəm. Amma çox istəyib ailəsini. Anam o qədər onu istəyib ki, onun da sevgisini üstələyib. Yəni anamın atama göstərdiyi o diqqəti, heç atamın vaxtı da olmayıb. Heç anam da ondan tələb etməyib. Deyib ki, sən sənətkarsan, sənətinlə məşğul ol, səni başqa heç nə maraqlandırmasın.
Atam Türkiyədə xəstəxanada yatanda həkim soruşmuşdu ki, Azərbaycanda hər kəs həyat yoldaşına qarşı belədir? Anam da demişdi ki, eləyik".

Şou Biznes       Tarix: 02 dekabr 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az sonxabar xeberler hava