Atasının qətlini sifariş edən oğul: 'Anam öləndən sonra başqa qadınlarla gəzirdi

Atasının qətlini sifariş edən oğul: 'Anam öləndən sonra başqa qadınlarla gəzirdiAtasını tamah məqsədi ilə öldürmək istəyən oğulun növbəti məhkəmə prosesi keçirilib.
azxeber.com Lent.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə cinayət işində 3 nəfər - Fərəcov Fəqan Xələf oğlu, Hüseynov İlkin Yavər oğlu və İsmayılov Fariz Eldar oğlu təqsirləndirilən şəxs, 2 nəfər - Fərəcov Xələf Gülmalı oğlu və Sadıqov Zamiq Elxan oğlu isə zərərçəkən şəxs qismində tanınıb.
İlk olaraq zərərçəkmiş şəxs Xələf Fərəcov ifadə verib:
"Dövlət qulluğunda baş mexanik işləmişəm. Oğlumla bölüşəsi bir işimiz olmayıb. Yoldaşım 2021-ci ilin sentyabr ayında rəhmətə getdi. Mən hazırda toxumçuluqla məşğul oluram. Mənim oğlum deyir guya mən anasının sağlığında onun müalicəsi üçün pul verməmişəm, amma yalandır. Qadınlarla sonralar münasibətim olub. Mən burada gəlib bilmişəm ki, oğlumdan başqa məni bu insanlar da öldürmək istəyib. Mənim heç kimdən şikayətim yoxdur".
Təqsirləndirilən şəxs Fəqan Fərəcovun sözlərinə görə, birinci özünə qəsd etmək istəyib: "Atama cəza vermək istəmişəm, neynəyim, mənim başım da ora qədər işləyir. Anamla qardaşım öləndən sonra depressiyaya düşmüşdüm. Öldürmək istəsəydim, avtoqəzaya salıb öldürərdim. Rayonda başqa-başqa adamlar deyirdilər ki, atan qadınlarla gəzir. Mən də çox düşündüm, dedim cəzalandırım. İşə görə bu uşaqlara pul verdim".
Məhkəmə prosesi fevral ayının 12-nə kimi təxirə salınıb.
Hadisənin baş verməsinə gəlincə, 2024-cü ilin yanvar ayında Fəqan Fərəcovun İmişlidə yaşayan atasının qəsdən öldürülməsini tanışı İlkin Hüseynova sifariş verməsi, onun isə cinayəti icra etmək üçün qabaqcadan əlbir olduğu Fariz İsmayılovla birlikdə rayona getməsi, lakin öz iradələrindən asılı olmayan səbəblərdən törədilməsinə hazırlıq gördükləri cinayəti başa çatdıra bilməmələrinə əsaslı şübhələr müəyyən edilib.
Baş Prokurorluğun İstintaq idarəsində iş üzrə toplanmış sübutlar əsasında Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 120.2.5 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müstəntiqin vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Sosial       Tarix: 23 yanvar 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada bu meyvə bahalaşacaq

2026-cı ilin sonu və 2027-ci ilin əvvəlində dünya bazarında bananın qiymətinin artacağı gözlənilir. milliaz-a istinadən xəbər verir ki, "Chiquita Brands International" şirkətinin rəhbəri Karlos Lopes Flores bahalaşmay

"Apple" istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) "Apple" şirkətinin məhsullarında aşkarlanmış təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə xəbərdarlıq edir. xəbər verir ki, Agentliyin yaydığı məlumata görə, "iOS"

Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA

"Bələdiyyə sənədinin mövcudluğu öz-özlüyündə torpaq sahəsinə çıxarış verilməsi üçün kifayət etmir. Əsas məsələ torpağın hansı hüquqi əsasla, hansı tarixdə, hansı prosedurla və hansı səlahiyyətli bələdiyyə tərəfində

BDU-da vəzifədə olan Ramiz Mehdiyevin qızı: 'Vaxtımız yoxdur

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəlikləri ilə əlaqədar sağlamlı

Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda körpə pilləkəndən yıxılaraq ölüb. xəbər verir ki, Sabunçu qəsəbə sakini 2024-cü il təvəllüdlü A.İ qonşusunun evində pilləkənlərdən yıxılaraq ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır

Məktəbdə baş verən özbaşınalıq ilə bağlı - BŞTİ-dən AÇIQLAMA

Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin  media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması zamanı yaranmış insident təhsili idarəetmə qurumları tərəfində

Borcunu ödəməyənləri yeni aqibət gözləyir – Milli Məclisdən qərar

Milli Məclisin bugünkü plenar iclasında borc tələbinin borclunun qiymətli kağızlarına yönəldilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib. KONKRET.azyenisabah-a istinadən xəbə

Azərbaycan Dövlət Pantomima Teatrının "İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–23 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib. Teatrı

Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub. -a istinadla xəbər verir ki,  TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib. Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbua


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber cəbhədən son xeber en son xeberleri son xəbər