Azərbaycan Dövlət Pantomima Teatrının "İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–23 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib.
Teatrın yaradıcı şöbə müdürü, Azərbaycan Respublikasının Əməkdar artisti Bəhruz Vaqifoğlunun Hüseyn Cavidin eyniadlı əsərinin motivləri əsasında hazırladığı "İblis" tamaşası festivalın "Ən yaxşı səhnə plastikası" nominasiyası üzrə mükafata layiq görülüb.
Oktyabrın 21-də Əndican Kukla Teatrının səhnəsində nümayiş olunan 40 dəqiqəlik tamaşa qeyri-ənənəvi səhnə dili, fərqli rejissor yozumu və aktyorların plastik ifadə imkanları ilə festival iştirakçılarının böyük marağına səbəb olub.
Janr olaraq plastik deşünçə kimi təyin edilən "İblis" insanın öz daxilindəki şəri görmək əvəzinə günahkarı başqalarında axtarmasından, hakimiyyət ehtirasından, mənəvi məsuliyyətdən və insan təbiətinin ziddiyyətlərindən bəhs edir. Əsərdə hadisələr sözsüz, aktyorların bədən dili, hərəkət, musiqi və işıq vasitəsilə təqdim olunur.
Tamaşa ənənəvi pantomima anlayışından fərqlənən bədii-estetik yanaşması ilə yerli tamaşaçıların və teatr mütəxəssislərinin diqqətini cəlb edib. Festival müddətində yaradıcı heyətlə görüşən iştirakçılar tamaşa haqqında təəssüratlarını bölüşərək Azərbaycan pantomima sənətinə böyük maraq göstəriblər.
Festivalın yekununda Azərbaycan Dövlət Pantomima Teatrının "İblis" tamaşası "Ən yaxşı səhnə plastikası" nominasiyası üzrə mükafata layiq görülərək xüsusi diplom və festivalın mükafat heykəlciyi ilə təltif olunub.
Bununla yanaşı, TÜRKSOY-un Baş katibi Sultan Rayev tərəfindən teatrın direktoru Yarməmməd Qurbanov, teatrın yaradıcı işlər üzrə direktor müavini Ceyhun Dadaşov və yaradıcı şöbə müdürü, tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu (Əhmədli) festivalda iştiraklarına və yaradıcılıq töhfələrinə görə xüsusi təşəkkür lövhələri ilə təltif ediliblər.
Azərbaycan Dövlət Pantomima Teatrı isə beynəlxalq festivalda iştirakına və verdiyi töhfələrə görə TÜRKSOY təşkilatının xatirə təltifinə layiq görülüb.
Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Bəhruz Vaqifoğlu,quruluşçu rəssamı Xəyyam Səmmədov, xoreoqrafı əməkdar artist Səbinə Hacıyeva, işıq üzrə rəssamı Ramiz İsmayılov
musiqi operatoru Natella Bədəlovadır.
Səhnə əsərində Əməkdar artist Səbinə Hacıyeva, aktyorlar Nurlan Rüstəmov, Nuridə Musabəyli, Səbirə Həsənova, Elxan Şahaliyev, Solmaz Bədəlova, Cavad Nuriyev, Jalə Novruzova, Elmin Qiyaslı və Hüseyin İsmayılov ifa ediblər.
"İblis" tamaşasının beynəlxalq mükafata layiq görülməsi Azərbaycan teatr sənətinin, xüsusilə milli pantomima məktəbinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm yaradıcılıq uğurudur.
Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının Azərbaycan Dövlət Pantomima Teatrının / azxeber.com

Sosial       Tarix: 29 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kəmaləddin Heydərovdan yeni təyinat

Polkovnik-leytenant Ramin Orucov FHN-in Gəncə Regional Mərkəzinin rəisi təyin edilib. xəbər verir ki, bu barədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. O bu təyinatadək nazirliyin Aran Regiona

Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR

Hörmüz boğazı və ətraf ərazilərdən keçən sualtı internet kabellərinin sıradan çıxması beynəlxalq məlumat mübadiləsində ciddi problemlər yarada bilər. Belə bir vəziyyət Azərbaycanın internet bağlantısına, bank əməliyyatların

Azərbaycan Dövlət Pantomima Teatrının "İblis" tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

Azərbaycan Dövlət Pantomima Teatrı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18–23 oktyabr 2026-cı il tarixlərində Özbəkistanın Əndican şəhərində keçirilən IV TÜRKSOY Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib. Teatrı

Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI

Özünüməşğulluq proqramı çərçivəsində "Maldarlıq" zərfi üzrə cins damazlıq heyvanlar əldə etmək istəyən şəxslərin təsərrüfatları bir sıra tələblərə cavab verməlidir. KONKRET.azxəbər verir ki, bu barədə "Yen

Qazın qiyməti bahalaşır

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. milliaz-a istinadən xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiymət

Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü

Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 5 aylıq körpə vəfat edib. Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib. Faktla bağl

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Azərbaycanda avtomobil yollarında vəziyyət açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, oktyabrın 24-ü ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şərait

Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Hindistana 524 min 337,96 ton xam neft ixrac edib. report-a istinadla xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 399 milyon 206,99 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulu

Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR

Şamaxı şəhərindəki Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub. xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva açılış mərasimində iştirak edib, burada yaradılan şəraitlə tanı


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber dunya xeberleri valyuta mezennesi kriminal xeberler