"Atəşgah" Sığorta əməkdaşları IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya edib - FOTOLAR
"Atəşgah" Sığorta "4 ayaqlı dostlarımıza dəstək" sosial layihəsi çərçivəsində növbəti addım atıb. Belə ki, IDEA Heyvanlara Qayğı Mərkəzinə ekskursiya edilib, mərkəzdə mühafizə olunan 4 ayaqlı dostlarımız ziyarət edilib və yemlə təmin olunublar.
azxeber.com xəbər verir ki, ekskursiya zamanı Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən təməli qoyulan və 2017-ci ildən rəsmi fəaliyyətə başlamış IDEA Heyvanlara Qayğı Mərkəzinin yaranması haqqında məlumat verilib.
Daha sonra Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq və karantin blokları, himayə bölməsi, heyvan mehmanxanası və salonu barədə məlumat verilməklə hər bir obyektin təqdimatı olub.
Xatırladaq ki, "4 ayaqlı dostlarımıza dəstək" 2022-ci ilin əvvəlindən start götürən korporativ sosial məsuliyyət layihəsi idi və silsilə tədbirlərlə davam etdiriləcəyi bildirilmişdi. Layihənin ilk mərhələsi çərçivəsində sahibsiz küçə heyvanları üçün evciklər hazırlanmış və bu evciklər yemlik qabları və yemlə təmin olunmuşdu. Evciklərin biri "Atəşgah" Sığorta Qrupunun Baş ofisi qarşısında, digər evciklər isə şəhərin müxtəlif məkanlarında yerləşdirilmişdi.
Cəmiyyətə, ətraf-mühitə faydalı addımlar atmaq, sosial məsuliyyətlərimizi dərk etməyin hər bir şəxsin və toplumun borcu olduğunu iddia edən "Atəşgah" Sığorta Şirkəti bugünədək sosial məsuliyyətlərinə diqqətli yanaşmış, növbəti fəaliyyət dövrü ərzində də bunu davam etdirəcəyi barədə açıqlama etmişdir.
Qeyd edək ki, yüksək etibarlılıq imicinə malik olan "Atəşgah" Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat" Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.










İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"