"Atəşgah" Sığorta Qrupunun rəhbər heyəti yeni strategiya planının müzakirəsinə toplandı - FOTOLAR

Ötən gün "Atəşgah" Sığorta Qrupu "Hyatt Regency" otelinin Nizami konfrans zalında son 3 ilin nəticələrinin təhlili əsasında növbəti 3 il (2023-2025) üçün strateji planın hesabatına toplaşıb.
"Atəşgah Həyat" Sığorta Şirkətinin İdarə Heyətinin Sədri Azər Əliyevin açılış nitqi ilə başlayan tədbirdə "Atəşgah" Sığorta Şirkətinin Direktorlar Şurasının Sədri Ruslan Əliyev, "Atəşgah Həyat" Sığorta Şirkətinin Direktorlar Şurasının sədri İntiqam Hüseynov, "Atəşgah Həyat" Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü Elçin Əhmədov, "Atəşgah" Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü Namiq Xəlilov, "Atəşgah" Sığorta Şirkətinin Direktorlar Şurasının müstəqil üzvü Yekaterina Şebarova və başqa rəhbər şəxslər, eləcə də bir sıra mühim əməkdaşlar iştirak etmişdir. Rəhbərliyin açılış nitqlərindən sonra "Atəşgah" Sığorta Qrupunun tarixinə həsr olunmuş video-rolik izlənib. Tədbirin rəsmi hissəsindən sonra son 3 il ərzində "Atəşgah" SŞ-nin qarşısına qoyduğu hədəflər üzrə görülən işlər təhlil edilmiş, növbəti 3 illik dövr (2023-2025) üçün  planlar müzakirə olunmuşdur.
Atəşgah Sığorta Şirkətinin növbəti 3 illik strategiyasının hazırlanmasında Azərbaycan Respublikasının Prezidentinin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş dövlətimizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər əsas götürülmüşdür.
Missiya və vizyonuna daim sadiq qalan "Atəşgah" SŞ əhalini sığorta sahəsində maarifləndirmək, biznes sektorunu etibarlı maliyə müdafiəsi ilə təmin etmək, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması və ekoloji təmiz mühit yaratmaq naminə son 3 ildə çoxşaxəli işlərə, layihə və tədbirlərə öz imzasını atmış, bu yolda daha çox işlər görmək üçün yeni hədəflər və strategiya müəyyən etmişdir. Ötən dövr ərzində Ali Baş Komandanın rəhbərliyi altında Rəşadətli Ordumuzun Zəfər qələbəsi Şirkəti yeni hədəflərə çatmaqda ruhlandırmış və  növbəti illər üçün tərtib etdiyimiz strategiyada bununla bağlı bir sıra addımlar öz əksini tapmışdır.
Belə ki, tədbir zamanı ölkəmizin zəfərlə işğaldan azad etdiyi əzəli torpaqlarımızın açdığı yeni imkanlardan yararlanaraq, işğaldan azad olmuş torpaqlarda abadlaşdırma və biznes mühitinin inkişafı yolunda edilməli olan bir sıra tədbirlər də "Atəşgah" SŞ-nin 2023-2025-cü illər strategiyasına başlıca hədəf kimi nəzərdə tutulmuşdur.
Şirkət əməkdaşlarının maliyyə bazarı və sığorta sektorunun analizi , problemlər və imkanlar barəsində müzakirələri, Şirkətin güclü və zəif tərəflərindən, iqtisadi vəziyyət və imkanlardan çıxış edərək tərtib etdiyi "SWOT" analiz gələcəkyönümlü proqnozlar qurmağa və gələcəyi daha aydın planlamağa  yardımçı olmuşdur.
Yüksək etibarlılıq imicinə malik olan "Atəşgah" Sığorta Şirkəti 1996-cı ildən, "Atəşgah Həyat" Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 28 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Unibank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nın rəsmi tərəfdaşı olub

Unibank KB ASC "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı olub. . Beynəlxalq sammit Azərbaycan Respublikasını

Azər Türk Bank Beynəlxalq Maliyyə və Bankçılıq Sammitinin rəsmi tərəfdaşıdır

Dövlət bankı Azər Türk Bank Bakıda keçirilən "BeynəlxalqMaliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyəİnteqrasiyası" adlı forumunda (IFBS 2026) rəsmi tərəfdaş olaraq iştirak edib. xəbər veri

TəhsilPlus kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verildi

Təhsilin İnkişafı Fondu, Kapital Bank və Mastercard-ın əməkdaşlığı ilə həyata keçirilən TəhsilPlus layihəsinin ilk kütləvi təqdimatı Gəncə-Daşkəsən regionunda baş tutub. Gəncə Dövlət Universitetində və Gəncə-Daşkəsən Regiona

Bakcell "AI Strategy Summit | Baku 2026" tədbirinin əsas tərəfdaşı oldu - FOTOLAR

Bakcell süni intellekt və rəqəmsal transformasiya sahəsində təşəbbüslərə dəstəyini davam etdirir. Şirkət 13 iyun tarixində Avropa Azərbaycan Məktəbində (EAS) keçirilən "AI Strategy Summit | Baku 2026" tədbirini

Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı

Yelo Bank biznes sahibləri və şirkət rəhbərləriüçün işprosesləriniasanlaşdıran, əməkdaşların məmnuniyyətiniartıranəməkhaqqıkartlarıxidmətini təqdim edir.Bankın təklifetdiyi funksional həllər sayəsində əməkhaqqıkartlarını

Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR

Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü" ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa Qala Qapısının ətrafında keçirib. Tədbir Azərbaycanın innovasiy

Mərkəzi Bankda 'Manato' üzrə daxil olan şikayətlər araşdırılır

Son illər Azərbaycanda onlayn kredit xidmətlərindən istifadə edən vətəndaşların sayı artdıqca, bu sahə ilə bağlı şikayət və narazılıqlar da gündəmə gəlir. Belə ki, bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti,

Pensiyaçılara şad xəbər

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib. xəbər verir ki, ödənişlər bu gün həyata keçirilib


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun krimnal xeber son.xabar xabar az