"Atəşkəs sülh deyil, müharibə daha mürəkkəb mərhələyə keçir" – ŞƏRH

"İran, ABŞ və İsrail arasında əldə olunan atəşkəs razılaşması müharibənin başa çatması kimi deyil, onun yeni və daha mürəkkəb mərhələyə keçidi kimi qiymətləndirilir".
Bunu azxeber.com-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.
O deyib ki, atəşkəs tərəflərin vaxt qazanması deməkdir:
"Atəşkəs tərəflərin yenidən mövqe tutması, strategiyalarını dəyişməsi və vaxt qazanması deməkdir. Bu dövrdə tərəflər adətən hərbi güclərini bərpa edir, zəif nöqtələrini analiz edir, yeni ittifaqlar qurur və növbəti mərhələ üçün planlar hazırlayır. Bu səbəbdən də atəşkəs çox vaxt sülhün başlanğıcı deyil, münaqişənin başqa formaya keçidi kimi qiymətləndirilir".
O qeyd edib ki, atəşkəs mərhələsində informasiya müharibəsi daha da güclənir:
"Bu mərhələdə açıq hərbi qarşıdurma zəifləsə də, informasiya, diplomatiya, kəşfiyyat və psixoloji mübarizə daha da güclənir. Hər iki tərəf ictimai rəyə təsir etməyə çalışaraq özünü qalib kimi təqdim edir. Atəşkəsin ən mühüm göstəricilərindən biri isə hansı tərəfin buna daha çox ehtiyac duymasıdır. Bəzi hallarda bu, zəifliyin əlaməti olsa da, bəzən daha böyük hücum öncəsi taktiki fasilə kimi də qiymətləndirilir. Hazırkı vəziyyət "məcburi, lakin müvəqqəti atəşkəs" kimi xarakterizə olunur. Bu tip razılaşmalar uzunmüddətli sülh vəd etmir və əksər hallarda daha böyük qarşıdurma riskini artırır. Çünki tərəflər nə müharibəni tam dayandırmaq, nə də barış əldə etmək niyyətindədir".
A. Ağar vurğulayıb ki, atəşkəsdən sonra bölgədə "görünməyən müharibə" mərhələsinin güclənəcəyi gözlənilir:
"İran, ABŞ və İsrail arasında qarşıdurma yalnız regional deyil, həm də ideoloji, geosiyasi və sistem xarakterlidir. Bu mübarizə Yaxın Şərqdə təsir dairəsinin bölüşdürülməsi, qlobal güc balansı və beynəlxalq nizamın formalaşdırılması ilə bağlıdır.
Atəşkəsdən sonra bölgədə "görünməyən müharibə" mərhələsinin güclənəcəyi gözlənilir. Bu mərhələdə qeyri-dövlət aktorlarının aktivliyi, kiberhücumlar, iqtisadi təzyiqlər və kəşfiyyat əməliyyatları ön plana çıxır. Bu cür qeyri-sabit mühitdə təhlükələr birbaşa deyil, dolayı yollarla özünü göstərə, xüsusilə enerji və təhlükəsizlik sahələrində həssaslıq arta bilər".
Şahanə Ziyad

Siyasi       Tarix: 10 aprel 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim cəbhədən son dəqiqə maşın realiti şou xeber