ATƏT-in Minsk Qrupu: Uzunmüddətli fəaliyyətsizlik və yeni reallıqlar

ATƏT-in Minsk Qrupu: Uzunmüddətli fəaliyyətsizlik və yeni reallıqlarATƏT-in Minsk Qrupu: Uzunmüddətli fəaliyyətsizlik və yeni reallıqlar
Otuz ilə yaxın bir müddətdə davam edən, başlanğıcdan beynəlxalq sülhü və regional təhlükəsizliyi təhdid edən, Azərbaycan Respublikasının ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını kobud şəkildə pozan, erməni silahlı qüvvələri tərəfindən çoxsaylı beynəlxalq cinayətlərlə müşahidə olunan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın müzəffər Ordusu son qoydu.
Burada ciddi maraq doğuran məsələlərdən biri də ondan ibarətdir ki, bəzi beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlərin rəsmiləri və həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri artıq tarixə qovuşan münaqişənin guya hərbi vasitələrlə həlli yolunun olmaması barədə dəfələrlə bəyanatlar vermişlər. Belə bir yanaşma faktiki olaraq həmin dövrdə mövcud olan status quo-nun saxlanılmasından başqa heç nəyə xidmət etmirdi. Hətta Azərbaycan Ordusu əks-hücum əməliyyatları apararkən həmsədrlər dəfələrlə qeyd edilən məsələdə israrlı olduqlarını nümayiş etdirərək, münaqişənin həlli üçün qarşılıqlı kompromislərin qaçılmaz olduğunu bildirirdilər.
Bu məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan qətiyyətli və prinsipial mövqeyi birmənalı olmuşdur - Azərbaycanın ərazi bütövlüyü ümumiyyətlə müzakirə mövzusu deyil. Məhz belə bir mövqe həmçinin BMT-nin Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə öz əksini tapmışdır və bu mühüm sənədlərin hər birində birmənalı olaraq, ölkəmizin suverenliyi və ərazı bütövlüyü təsdiq edilirdi, digər tərəfdən beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyi vurğulanırdı. Təəssüf ki, nə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, nə ATƏT-in qərarları uzun illər ərzində həyata keçırılmədi və bu fakt beynəlxalq təşkilatların fəaliyyət qabiliyyətsizliyinin əyani sübutu olmdu.
Eyni zamanda çox maraqlı bir məqamı da xatırlatmak yerinə düşər.
14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən "Azərbaycanın işğal edilmiş ərazılərində vəziyyət" adlanan 62/243 saylı qətnamə qəbul edilərkən, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri bu mühüm sənədin əleyhinə səs vermişlər. Qətnamənin mətninə müraciət edəndə aydın olur ki, bu sənədin beynəlxalq hüquq prinsiplərinə əsaslanması ümumiyyətlə heç bir sual doğurmurdu.
Qətnamədə Azərbaycan Respublikasının beynəlxalq sərhədləri çərçivəsində suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində göstərilən işğalçı qüvvələrin Azərbaycanın ərazisindən "dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması", heç bir dövlət tərəfindən işğal nəticəsində yaranmış vəziyyətin tanınmaması və belə vəziyyətin davam etməsinə səy göstərməməsi və s. mühüm məsələlər əksini tapmışdır.
Burada sual olunur ki,  62/243 saylı qətnamənin əleyhinə çıxan ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri BMT Nizamnaməsində təsbit edilmiş məqsəd və prinsipləri nəyə görə bir kənara qoyub, işğalçı Ermənistanın yanında yer almağa üstünlük vermişlər? Nəyə görə həmsədrlər Ermənistana təzyiq göstərmək, beynəlxalq hüquqdan irəli gələn müvafiq sanksiya rejimlərini, məsələn, silah embarqosunu, tətbiq etmək əvəzinə, faktiki olaraq Ermənistanın işğalçılıq siyasətinə göz yummuşlar, müharibə cinayəti kimi tövsüf olunan qanunsuz məskunlaşmanın və işğal altinda olan ərazilərdə demoqrafik vəziyyətin dəyişdirılməsının qarşısının alınması üçün lazımi addımlar atmamışlar?
Belə görünür ki, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması beynəlxalq vasitəçiləri daha çox qane edib. Ancaq hər bir halda nəzərə almaq lazım idi ki, Azərbaycan heç zaman mövcud vəziyyətlə razılaşmayacaq və öz torpaqlarını işğaldan azad edəcək.
Ölkəmizin parlaq qələbəsi fonunda regionda yeni reallığın yaranmasını nəzərə alaraq, ATƏT-in Minsk qrupunun mandatının Azərbaycanın mövqeyindən asılı olması artiq qaçılmaz faktdır. 
Nizami Səfərov
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru /oxu.az

Siyasi       Tarix: 21 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun oxu.az xeberler kriminal xeberler son xəbərlər bugün 2026