ATƏT-in yeni sədri: "Dağlıq Qarabağ ətrafı münaqişələrin həlli gündəliyə daxil ediləcək
ATƏT-in yeni sədri: "Dağlıq Qarabağ ətrafı münaqişələrin həlli gündəliyə daxil ediləcək"
1 yanvar 2021-ci ildən İsveç Xarici İşlər Naziri Ann Linde bir il müddətinə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri olub.
Bu barədə qurumun mətbuat xidməti məlumat verib.
Lindenin sözlərinə görə, İsveç gücünü Avropa təhlükəsizlik nizamının qorunması, uzanan münaqişələrin həlli, demokratiya və gender bərabərliyinin gücləndirilməsi istiqamətinə yönəldəcək:
"Sədr kimi prioritetlərimiz ATƏT-in təməl vəzifələrini qeyd etmək, Avropa təhlükəsizlik qaydalarını və ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasını dəstəkləmək, bölgəmizdəki münaqişələrin həllinə töhfə vermək olacaq".
O, yanvarın 14-də proqramı ATƏT Daimi Şurasına ətraflı təqdim edəcəyini bildirib.
Linde qeyd edib ki, 2021-ci ilin əvvəlindəki gündəliyə Dağlıq Qarabağ ətrafındakı münaqişələrin həlli məsələsi də daxil ediləcək. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub