ATƏT PA-nın Büro iclası oldu - Qarabağ məsələsi qaldırıldı

ATƏT PA-nın Büro iclası oldu - Qarabağ məsələsi qaldırıldı ATƏT PA-nın Büro iclası oldu - Qarabağ məsələsi qaldırıldı
Aprelin 27-də ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev təşkilatın videokonfrans formatında keçirilmiş onlayn Büro iclasında iştirak edib.
Milli Məclisdən Oxu.Az-a bildirilib ki, Büro iclasında koronavirus pandemiyası şəraitində Parlament Assambleyasının fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.
Komitə və alt-komitə sədrlərinin, xəzinədarın, eləcə də xüsusi nümayəndələrin hesabatları dinlənilib.
İclasda ATƏT-in fəaliyyətdə olan sədri, Albaniya Respublikasının Baş naziri və Xarici İşlər naziri Edi Rama, Avropa Komissiyasının Humanitar yardım və böhranın idarə olunması üzrə komissarı Yanez Lenarçiç məruzə ilə çıxış ediblər. Müzakirələrdə Azay Quliyev çıxış edərək koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı fəsadların aradan qaldırılması, iqtisadi böhran, münaqişələr, irqçilik, qeyri-qanuni miqrasiya, qaçqın və məcburi köçkünlərin vəziyyəti kimi məsələlərin diqqətdə saxlanılmasının zərurililiyini vurğulayıb.
O, böhran vəziyyətindən çıxmaq üçün ATƏT-in Zirvə toplantısının - üzv ölkələrin dövlət və hökumət başçılarının sammitinin keçirilməsini təklif edib.
Azay Quliyev vurğulayıb ki, ATƏT ərazisində pandemiyanın ağır nəticələrini yalnız vahid strategiya, dövlət və hökumət başçılarının fəaliyyətinin effektiv koordinasiyası və birgə əməkdaşlığı nəticəsində aradan qaldırmaq mümkündür.
Deputat Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 31 mart 2020-ci ildə keçirilən qanunsuz "prezident və parlament seçkiləri"nə adekvat qiymət verdiyinə görə Büro üzvlərinə təşəkkür edib. Bu kimi halların qarşısının alınması istiqamətində səyləri artırmağa çağırıb.
Tədbirdə Azay Quliyev pandemiya fonunda "Bioloji silahların yayılmamasına dair Konvensiyanın" tələblərinin yerinə yetirilməsi ilə bağlı monitorinqin aparılmasının vacibliyini vurğulayıb.
İclasda ATƏT PA-nın Vankuverdə keçirilməsi planlaşdırılan illik yay və San-Marinoda nəzərdə tutulan payız sessiyalarının təxirə salınması, qurumun prezidenti başda olmaqla Büro üzvlərinin də səlahiyyətlərinin 2021-ci ilin iyuluna kimi uzadılması, Daimi Komitənin və ümumi komitələrin onlayn iclaslarının təşkili haqqında razılıq əldə edilib.

Siyasi       Tarix: 28 aprel 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

Britaniya səfiri İran XİN-ə çağırılıb

Britaniyanın İrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə çağırılıb. -ın  APA-ya istinadən məlumatına görə, diplomat Britaniya hökumətinin İrana qarşı davamlı destruktiv siyasəti ilə bağlı İranın kəskin etiraz

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal xeber cəbhədən son məlumat bu gunun xeberleri kriminal bugun