Atom gəmisinin kapitanı Arktikada nadir təbiət hadisəsini lentə alıb - VİDEO
Atom gəmisinin kapitanı Arktikada nadir təbiət hadisəsini lentə alıb - VİDEO
Atom buzqıran gəmisinin kapitanı Andrey Tenitski Arktikada nadir təbiət hadisəsini - Günəş halosunu lentə alıb. Bu hadisənin əks olunduğu video "Vkontakte" sosial şəbəkəsi və "Atomflot" Federal Dövlət Unitar Müəssisəsinin qrupunda yayımlanıb.
Kadrlarda Şimal Buzlu okeanının üzərində rəngarəng işıq diski ilə çevrələnmiş Günəş ecazkar bir görüntü yaradır. Videonun müəllifi bunu həmin an buz örtüyü ilə əhatə olunmuş atom gəmisinin göyərtəsindən lentə alıb. Gəminin okeandakı dəqiq koordinatları barədə isə məlumat verilmir.
Oxşar hadisə əvvəllər Yamal sakini tərəfindən də lentə alınmışdı. Nadımdan 20 kilometr aralıda optik illüziyaların əks olunduğu kadrları lentə almağa nail olmuşdu.
Murmanskda da qeyri-adi atmosfer hadisəsini - qütb stratosfer buludlarını qeydə almaq mümkün olub. Onlar 20 kilometrdən çox yüksəklikdə ozonun aşağı konsentrasiyasında və aşağı temperaturda əmələ gəlir.
Mənbə: Lenta.ru /oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Məşhur türk aktyoru vəfat etdi
Emil Binyətzadə cəzalandırıldı
Bakıda mağazada qadın döyüldü
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız